"Yoluxma halları kontroldan çıxa bilər" - İnfeksionistdən CİDDİ XƏBƏRDARLIQ

"Yoluxma halları kontroldan çıxa bilər" - İnfeksionistdən CİDDİ XƏBƏRDARLIQHələ ki qaydaların yenidən sərtləşdirilməsinə, bununla bağlı hər hansı cəza tədbirlərinin görülməsinə düşünmürəm ehtiyac var.

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O, may, iyun və iyul aylarında yoluxma sayının daha da yüksələcəyini istisna etməyib:

"Onsuz da, biz virusla uzun müddət yaşamağa öyrəşməliyik. Sadəcə, burada əhali bir az daha diqqətli olmalıdır. Çünki nəticə etibarilə virusun qısa müddət ərzində cəmiyyətimizi tərk etməsi barədə danışmaq yanlışlıq olar. Cəmiyyətimizdə hal-hazırda bu virusun mövcudluğuna inanmayan nə qədər insanlar da var. Elələrinə başqa edə biləcək bir şey yoxdur axı. İnsanların məsuliyyətsizliyi yoluxma sayının xeyli artmasına gətirib çıxara bilər. Hazırda Azərbaycandakı vəziyyət imkan verir ki, yumşaldılmalara gedilsin. Ancaq bu risk var ki, bizdə yoluxma halları kontroldan çıxa bilər. Azərbaycanda modul tipli xəstəxanalar var. Əlavə xəstə yükünü ala biləcək xəstəxanalarımız var. Düzdür, gedişat yoluxmanın artmağına doğru gedir və bu istisna deyil ki, mayın sonu və iyun, iyul aylarında yoluxma sayı daha da yüksələcək. Bu istisna deyil. Çünki hal-hazırda vəziyyət kontroldan çıxa bilər. İnsanlar qaydalara əməl etmirlər və bəzi insanlar biganə yanaşırlar. Hətta xəstəliyin olmasına istehza ilə yanaşırlar ki, "Belə bir xəstəlik yoxdur. Hamısı bir oyundur". Bu baxımdan biz o insanların hamısını evdə qapalı vəziyyətdə saxlaya bilmərik".

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri koronavirusun kontroldan çıxacağı təqdirdə karantin qaydalarının yenidən sərtləşdirilməsinin mümkün olduğunu bildirib:

"Bizdə, hələ ki, kontrol edə biləcək xəstə sayı olduğuna görə, lazımi tibbi ləvazimatların, xəstəxanaların olması imkan verir ki, karantin qaydalarının yumşaldılmasına gedilsin. Bu dəqiqə məsuliyyət fərdi məsuliyyətdir, vətəndaşların üzərinə düşən yükdür. İnsanlarımız bunu gözəl anlamalıdırlar ki, hazırkı mövcud vəziyyət daha da kritikləşə bilər. Elə olacağı halda dövlətimiz məcbur qalacaq ki, yenidən karantin rejimini sərtləşdirsin. Hələ ki, vəziyyət kontrol edə biləcək səviyyədə olduğu üçün bu dəqiqə ehtiyac yoxdur ki, daha da sərtləşdirilsin. Amma görsək ki, bu üç rəqəmli yoluxma statistikası daha da artmağa doğru gedir və insanlar artıq buna daha da məsuliyyətsiz yanaşırlar, risk yaranacaqsa, təbii ki, dövlətimiz məcbur olaraq bu qaydaları yenidən ağırlaşdırsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2736   Tarix: 24 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

TOP MP3