Rusiyada yaşı 100-ü keçən daha iki nəfər koronavirusdan SAĞALDI

Rusiyada yaşı 100-ü keçən daha iki nəfər koronavirusdan SAĞALDI

Rusiyada 100 yaşdan yuxarı iki qadın koronavirusdan sağaldıqdan sonra Moskvanın 52 nömrəli şəhər klinik xəstəxanasından evə buraxılıb.

BiG.AZ-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə İdarəsinin mətbuat xidmətindən bildirilib.

Xəstələrdən biri bu yaxınlarda 101 yaşını qeyd edib. Xəstəxanaya ürək-damar və endokrin sistemləri, mədə-bağırsaq traktı, böyrək və bir sıra digər xəstəliklərlə yerləşdirilən qadın bir gün reanimasiyada olmaqla klinikada 14 gün saxlanılıb və kompleks müalicə alıb.

Böyük Vətən Müharibəsinin veteranı olan ikinci xəstə birincidən altı ay böyükdür. Onda da bir neçə xroniki xəstəlik aşkarlanıb. Lakin, həkimlərin dediyinə görə, onun sağlamlığı 60 yaşlı qadının sağlamlığına uyğun olduğu üçün vəziyyəti daha tez düzəlib.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 163 Tarix: 19.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər