Hakerlər "Zoom"da onlarla uşağa ƏXLAQSIZ VİDEO göstərdilər

Hakerlər "Zoom"da onlarla uşağa ƏXLAQSIZ VİDEO göstərdilər

Hakerlər "Zoom" videokonferans proqramında 60 uşağa fitness dərsi keçirilən zaman "uşaq pornosu" nümayiş etdiriblər. Hadisə Britaniyanın Plimut şəhərində baş verib,

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The Guardian" yazır.

Uşaqların iştirak etdiyi təlim haqqında məlumatlar açıq forumlarda yayılıb. Polisin sözlərinə əsasən, məhz bu səbəbdən hkerlər konfransa müdaxilə edə biliblər.

Hazırda hüquq-mühafizə orqanları bunun arxasında kimin olduğunu öyrənməyə çalışırlar.

Qeyd edək ki, "Zoom" proqramı koronavirus səbəbiylə tətbiq olunan qlobal karantin dövründə məşhurlaşıb. Xüsusilə, ondan distant təhsil (onlayn dərslər) üçün istifadə olunur.

Lakin bir çox mütəxəssislər bu platformanı etibarsız və təhlükəli hesab olunur. Buradakı dnışıqlar hakerlərin əlinə keçə və internetdə yayıla bilər. Bu səbəbdən "Google" şirkəti "Zoom"dan imtina edib.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3598 Tarix: 12.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər