Virusoloqlardan koronavirusla bağlı ŞOK AÇIQLAMA

Virusoloqlardan koronavirusla bağlı ŞOK AÇIQLAMARusiya virusoloqları, sətəlcəmə səbəb olan SARS-CoV-2 koronavirusunun aqibəti barədə açıqlama veriblər. Onların fikrincə, virusu tamamilə məğlub etmək olmayacaq, virus qrip kimi mövsümi olaraq peyda olacaq.

BiG.AZ-ın "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Sergey Netyosov hesab edir ki, simptomsuz və uzun müddət xəstələnən insanlar arasında virus sabit qala bilər.

Onun sözlərinə əsasən, əhalinin ən həssas təbəqəsi - yaşlılar, xroniki xəstələr və immuniteti zəif olanlar - hər il "COVID-19" eidemiyasının qurbanına çevrilə bilər.

Tibbi Parazitologiya, Tropik və Transmissiv Xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev da Netyosovun proqnozu ilə razılaşıb. Onun sözlərinə görə, Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) adı altında mövcud olan təhlükəsiz respirator koronavirusları məhz belə peyda olub.

Bununla yanaşı, mütəxəssis qeyd edib ki, vəziyyətin gedişatını proqnozlaşdırmaq çətindir, çünki daha öncə belə bir hadisə baş verməyib.

Moskva Fizika və Texnologiya İnstitutunun Bioloji və Tibbi Fizika fakültəsinin dekanı Aleksandr Melerzanov da, öz növbəsində, bildirib ki, gələcəkdə "COVID-19" epidemiyası dalğavari şəkildə təkrarlanacaq.

Onun sözlərinə əsasən, adətən koronaviruslara yoluxma halları daha çox payız-qış dövründə qeydə alınır. Məhz vu koronavirusa gəlincə isə, xəstəliyin tam kökünü kəsmək olmayacaq, onu sadəcə digər qrip viruslarıyla müqayisə edərək, nəzarət altında saxlamaq mümkündür.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3427   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960