Qulaq deşdirməyin fəsadları

Qulaq deşdirməyin fəsadlarıUşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.

BiG.AZ bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar".

Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.

Həkim-dermatoloq deyib: "Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yarana bilər. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtlı-vaxtında istifadə edilməlidir".

Qulağı deşdirəndən sonra iki gün ərzində əli sulu şəkildə qulağa vurmaq və çimmək olmaz. Gündə iki dəfə təyinata görə yaraya antibiotik maz çəkilir və iki gün sonra həmin sırğa çıxarılaraq mütləq yerinə qızıl sırğa taxılır. Yeni yaraya qətiyyən sadə sırğa taxmaq olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1594   Tarix: 12 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113