İlin ən çox müzakirə edilən xəbərləri və məşhurları - SİYAHI

İlin ən çox müzakirə edilən xəbərləri və məşhurları - SİYAHIBu il bir çox qalmaqallara, mədəni hadisələrə və hadisələrə şahidlik etdi.

BiG.AZ axşam.az-a istinadən geridə qoymağa hazırlaşdığımız 2019-cu ildə sosial mediada ən çox müzakirə edilən mədəniyyət və şou-biznes olaylarını təqdim edir:

"Nəsimi ili" başlar-başlamaz sosial mediaya damğa vuran toy müğənnisi Afət Fərmanqızı idi. Onun hind musiqisinin müşayiəti ilə "Pəncü-şeş" qəzəlini ifa etməsi tənqidə səbəb oldu. Bu tənqidlərin fonunda isə o, Xalq artisti Flora Kərimova, Əməkdar artist Nüşabə Ələsgərli, müğənni Roza Zərgərli və bir neçə şəxslə qalmaqal yaşadı.

Müğənni Şəbnəm Tovuzlunun ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində Amerikanı Avropanın paytaxtı adlandırması da bir müddət gündəmi məşğul etdi.

Üç çılpaq qızın sosial şəbəkələrdə rəqs edib mahnı oxuduğu videosunun yayılması və məsələdə müğənni-bəstəkar Ramal İsrafilov qardaşı Valeh İsrafilovun adının hallanması da maraq doğurdu. Xüsusilə, fondakı mahnıda səslənən "Bu qədər asandırmı çıxıb getmək" ifadəsi dillərdə əzbər oldu.

Müğənni Elnar Xəlilovun şairə Aysel Nəcəfliyə evlilik təklifi, toyları, ayrılmaları, barışmaları və nəhayət övladlarının dünyaya gəlməsi də gündəmdən düşmədi.

Dünyaca məşhur ifaçı Sami Yusufun "Nəsimi" qəzəlinə fərqli rəng qatdığı klipi onu ən çox paylaşılan videolardan oldu. Böyük çoxluq mahnını bəyənsə də, bir qism yaxşı alınmadığını iddia söylədi.

İfaçı Elariz Məmmədoğlunun "Green card" vasitəsilə Amerikaya köçməsi ilin ən gözlənilməz xəbərləri sırasında yer aldı.

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında Turanə Nəcəfova qadının 13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını iddia etməsi məhkəməyə qədər uzandı. Dedi-qodudan "qidalanan" sosial şəbəkə istifadəçiləri üçün isə bu, əsl "yem" idi.

Xalq artisti Murad Dadaşovun "Popumuz var" verilişində "Neft xalqın deyil" ifadəsini işlətməsi kəskin etirazlarla qarşılandı, sənətçi sosial şəbəkədə "linç" olundu.

Türkiyəli aktyor Cem Yılmazın stend ap şousunun bilet qiymətinin 700 manat olması sosial media istifadəçilərini qəzəbləndirdi. Sənətçinin "Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram" fikirləri də bir qrup istifadəçi tərəfindən iradla qarşılandı.

Xalq artisti Nazpəri Dostəliyenın qardaşı Ağalar Dostəliyevin qeyri-rəsmi nikahdan olan qızı Pərvanənin açıqlamaları, atasını onu zorlamaqda, bibilərini isə sənətçi olmağının qarşısını kəsməkdə günahlandırması günlərlə yazıldı.

Türkiyə aparıcı və bloqqer Suna Kasımoğlunun "Maşın" şouda avtomobilin qalibi olması məsələsi də birmənalı qarşılanmadı.

Müğənni Natavan Həbibinin oğlu Zeyd-Əli ilə sosial mediada paylaşılan fotosu "bomba" effekti yaratdı və ən çox paylaşılanlar sırasında yer aldı. Xüsusilə, Natavanın görüntüsü müzakirə edildi.

Meyxanaçı Aydın Xırdalanlının ölümü isə sosial şəbəkədə hər kəsi kədərləndirdi.

Əməkdar artist Yusif Mustafayevin toy şənliklərindən paylaşılan məzəli kadrları isə görənləri güldürdü.

Müğənni Fədayə Laçının həbsdən çıxması rezonans doğurdu. Bu dəfə isə sənətçinin azadlığa çıxması düzgün qarşılanmadı.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşü sosial şəbəkədə müzakirə olundu. Görüşdə Xalq artisti Zeynəb Xanlarovanın "Ölkəmizin çiçəklənməsindən danışın" fikirləri isə tənqid edildi.

Xalq artisti Afaq Bəşirqızı isə il ərzində Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri görüşü zamanı aktyorların maaşları ilə bağlı səsləndirdiyi fikir, maaşların artırılmasına vasitəçi olması və Azərpaşa Nemətovla olan qalmaqalına görə yadda qaldı.

AzTV-nin rəhbərliyinin dəyişilməsi və Ranar Musayevin Bədii rəhbər təyin edilməsindən sonra kanala illər sonra Xalq artistləri Flora Kərimovanın, Röya Ayxanın və bir çox müğənnilərin çıxması da müzakirə olunanlar sırasında idi.

Digər müzakirə olunan məsələ isə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxanın "Xalq artisti" fəxri adına layiq görülməsi idi.

Aktrisa Pərvin Abıyevanın polis zabiti sevgilisi Murad Abdullayevin özünə təm-təraqlı ad günü etməsi sosial şəbəkələrdə yayıldı və o, işindən azad edildi.

Miri Yusifin hər restorana toya getməməsi və məclis qonorarı da sosial şəbəkədə bir qism "statuskar"ın hədəfi oldu.

Əməkdar artist Aybəniz Haşımovanın aktrisa qızı Aynişan Quliyevanın Kənan Əliyev adlı fitness məşqçi ilə nişanlanması da hər kəsin marağına səbəb oldu.

Sonuncu müzakirə obyekti olan isə müğənni Roza Zərgərlinin himayədarlıq etdiyi oğlu Corc Qafarovun Qaraçuxur Bələdiyyəsinə üzv seçilməsidir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1198   Tarix: 26 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.