Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?

Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunması və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi Əfv Komissiyasının sədri postu ilə bağlı müəmmalar yaradıb. Komissiyanın sədri vəzifəsini icra edən R.Mehdiyevin yüksək postu tərk etməsindən sonra hələ də Əfv Komissiyasına rəhbərlik edib-etmədiyi məlum deyil.

Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Yeni Müsvata"a açıqlamasında bildirib ki, komissiyanın üzvləri prezident tərəfindən təyin olunur və onun tərəfindən də azad edilir:

"Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq. Prezidentin sərəncamları ilə müvafiq dəyişikliklər baş verir və verməkdə davam edəcək.

Bilirsiniz ki, Əfv Komissiyasının katibliyi işləyir. Əfv Məsələləri üzrə sektor da öz fəaliyyətini davam etdirir, daxil olan məlumatları emal etməklə məşğuldur, müvafiq arayışlar hazırlayır. Komissiyada texniki dəyişiklik çox qısa müddətdə olacaq. Bu bir qaydadır. Əfv Komissiyanın sədri postunu Prezident Administrasiyanın rəhbəri tutur. Komissiya yarandığı gündən bu günə qədər belə olub".

Hüquqşünas komissiya sədri postunun boş olması barədə deyilənlərlə razılaşmır:

"Bu postun boş qaldığını demək olmaz. Birincisi, Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. Bir daha deyirəm ki, bu, texniki məsələdir, tez zamanda məsələ öz həllini tapacaq. "Başqa postun sahibi komissiya sədri ola bilərmi?" sualınıza gəlincə, deyə bilərəm ki, indiyə qədər Prezident Aparatının rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi mövcuddur. Bu, prezidentin hüququndan doğan bir məsələdir.

Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır. Bura da prezidentin hüququnun həyata keçirilməsinin texniki, təşkilati tərəflərini həyata keçirən aparatdır.

Bu, prezident hakimiyyətinin hüququ təbiətindən doğan bir məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu, müddətli bir hüquqdur. Azərbaycanda heç kəsin əfvetmə hüququ yoxdur.

Əfv etmək yalnız və yalnız prezidentin konstitusion səlahiyyətinə aid bir hüquqdur. Komissiya bütün bu prosesləri hazırlayıb təqdim edir. Prezident bunu ya təsdiq edir, ya da etmir. Müddətli hüquq olduğu üçün aparat rəhbəri komissiya sədri olur".

Ə.Nuriyev sədr olmadan komissiyanın iclaslarının çağırılmasının mümkün olub-olmamasına da toxundu:

"Məsələnin bir qədər etik tərəfləri var. Şübhəsiz ki, müvafiq dəyişikliklər bu istiqamətdə də baş verəcək. Onsuz da komissiya öz işini həyata keçirməkdədir. Komissiya üzvlərinə gələn məktublar katibliyə yönləndirilir. Katiblik daimi işləyir. İclasların çağırılması daxil olan məlumatlarla əlaqədar müvafiq arayışların hazırlanması ilə bağlı məsələdir.

Bunlar tam başa çatandan sonra heç şübhəsiz ki, komissiya rəhbərliyinə, yəni Prezident Aparatının rəhbərliyinə təqdim olunacaq. Bu vaxta qədər mənə elə gəlir ki, texniki dəyişikliklər baş verəcək.

Bəzi şəxslər var ki, vəzifələrinə görə komissiyanın üzvü təyin olunublar. Məsələn, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri yeni təyin olunduqları üçün komissiyanın tərkibinə daxil olundular. Həmin şəxslər vəzifələrinə görə komissiya üzvüdürlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 850   Tarix: 22 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589