"Qadın viagrasına" icazə verən ilk ərəb ölkəsi

"Qadın viagrasına" icazə verən ilk ərəb ölkəsiKimyəvi olaraq "flibanserin" olaraq bilinən dərmanın istifadəsinə ilk dəfə 3 il əvvəl ABŞ-da icazə verilib. Hazırda Misirdəki yerli dərman şirkəti bu dərmanı satmağa başlayıb.

Medicina.az xəbər verir ki, şərti adı Leyla olan 30 yaşlı misirli qadın BBC-yə danışan mühafizəkar evdar xanımdır. Misirdəki bir çox qadınlar kimi, o da cinsi problemlər haqqında danışmaqdan çəkinib.

"Başım fırlanmağa başladı və ürəyim çox sürətli döyündü". Bu sözləri Misirdə" qadın viagrası "olaraq bilinən həbdən ilk dəfə istifadə edən Leyla bildirib. Onun sözlərinə görə, 10 illik evliliyin sonunda, sadəcə maraqdan bu dərmanı istifadə etmək qərarına gəlib.

"Heç bir sağlamlıq problemim yoxdur. Əczaçı mənə bir neçə həftə hər gecə qəbul etməyimi və əks təsirləri olmadığını dedi. Həyat yoldaşım və mən nə olacağını görmək istədik. Bir dəfə sınadım. Bir də heç vaxt qəbul etməyəcəm!"

Misirdə boşanmaların sayı sürətlə artır və yerli media bunun cütlər arasındakı cinsi problemlərlə əlaqəli olduğunu söyləyir. Ölkədə bu dərmanı istehsal edən firma, Misirdəki hər 10 qadından üçünün cinsi istəyinin az olduğunu qeyd edib.

Qahirədə əczaçı işləyən Muradın sözlərinə görə isə həbi almağa gələnlərə onun əks-təsirlərindən söz açıb, almamağa səsləyir. Lakin gündə 10 nəfərə yaxın sırf bu dərmanı almaq üçün aptekə gəlir. Onların əksəriyyəti kişilərdir. Çünki qadınlar dərmanı almağa utanırlar. Kişilər isə onu "çəhrayı həb" adlandırırlar.

İstehsalçılar isə dərmana "qadın viaqrası" deyilməsini qəbul etmir. Viaqra kişilərin cinsiyyət orqanını sərtləşdirmək üçün qan axımını pompalayır. Flibanserin isə beyindəki kimyəvi maddələri tənzimləyir, həm də antidepressant təsirli və cinsi istək artırmaq üçün istifadə edilir.

Misirli seksoloq Heba Kotb qadınlara bu həbi məsləhət görməyib: "Fiziki və psixoloji problemləri olan qadınlar üçün bu heç vaxt işə yaramır. Qadınlar üçün seks emosional bir prosesdir. Hər şey başdan başlanır. Bir qadının əri ona pis rəftar edərsə, bu qadın heç vaxt sağlam seks yaşaya bilməz. Onu aradan qaldıran bir dərman isə yoxdur"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1810   Tarix: 29 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038