Valideynlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMA

Valideynlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMAPayız fəsli özü ilə bərabər xəstəliklər də gətirir. Havalar soyuyan kimi uşaqlar arasında öskürək, soyuqdəymə, qrip kimi xəstəliklərin yayılma prosesi sürətlənir. Valideynlərin əksəriyyəti isə həkimə müraciət etməkdənsə, xəstələrə öskürək üçün sirop və ya antibiotik tərkibli dərmanlarla kömək edəcəklərini düşünürlər.

Uşaqlara bu dərman vasitələrini vermək düzgündürmü? Bu dərmanlar onlara mənfi təsir göstərə bilərmi?

BiG.AZ Lent.az-a istinadən bildirir ki, lazımsız yerə qəbul edilən antibiotiklər uşaqlarda ciddi problemlərin əmələ gəlməsinə səbəb olur:

"Xəstələnən hər uşağa dərman vermək düzgün deyil, antibiotik xəstəliyi aradan qaldırmır. Əgər söhbət yuxarı tənəffüs yollarının resepturasından gedirsə, əks göstərişi olmayan preparatlar var, onlardan istifadə etmək olar. Həmin dərmanlar isə profilaktikada yaxşı təsir göstərir. Amma uşaq artıq xəstəliyə yoluxubsa, temperatur çox yüksəkdirsə, onda pediatrın yanına aparılması daha yaxşıdır. Əgər uşaq soyuqlayıbsa, yaxud qripə yoluxubsa, yuxarı tənəffüs yollarının keçirici yollarının bərpası üçün burunu natrium-xloridlə yuyub açmaq olar. Sonra çoxlu miqdarda maye vermək, moruq, zoğal mürəbbəsi, kəklikotu, itburnu dəmləməsi içirtmək və başqa təbii yollarla uşağa kömək etmək daha yaxşıdır. Antibiotiklərdən virus zaman istifadə etmək qətiyyən olmaz. Çünki antibiotik uşaqların immun sistemini aşağı salır, göbələk xəstəliyinə, qaraciyər və böyrək çatışmazlıqlara səbəb ola bilir. Əgər virus infeksiyası fəsadlaşma verirsə, məsələn, bronxit, qaymarit, astma, pnevmaniya, o zaman antibiotik tərkibli dərmanlardan istifadə etmək olar. Ümumiyyətlə, antibiotiklərin mənfi təsirləri çoxdur, buna görə də valideynlər məsləhətsiz uşağa dərman preparatları verməməlidirlər.

Pediatr uşaqlarda yaranan öskürəklə bağlı problemə də toxunub:

"Uşaqlarda öskürək təkcə soyuqdəymədən deyil, allergik də ola bilər. Buna görə, dərman preparatları istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, uşağı əvvəlcə həkimə göstərib, problemin nə olduğunu aydınlaşdırıb, sonra müdaxilə edilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1305   Tarix: 12 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 961
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1403
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 854
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 319
.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyay

28.04.2024 326
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1064
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 348
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1207
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 649