İlham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi - VİDEO

İlham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi - VİDEOQarabağ – Azərbaycandır. Və nida işarəsi.

Bu sözləri Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident çıxışında bildirib:

"Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Deyim ki, münaqişə ilə əlaqədar kifayət qədər geniş fikirlər mövcuddur, əksər hallarda onlar reallığı əks etdirmir.

Beləliklə, aydınlaşdırmaq üçün deməliyəm ki, 1921-ci ildə Koordinasiya bürosunun qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət idi, ermənilərin dediyi kimi, kiməsə ötürməkdən yox.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.

Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir.

Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə gəldi. Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox əhalisi və Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.

BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib ki, onlar da 25 ildən artıqdır yerinə yetirilmirlər.

Burada vacib bir məsələyə - verilən qərarların icrasına gəlirik. BMT Təhlükəsizlik Şurası ən yüksək beynəlxalq orqandır. 25 ildən çoxdur ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, bu qurumun səmərəliliyi ilə bağlı çoxlu sual doğur. Qətnamələrin icrasının seçmə mahiyyəti Azərbaycanı narahat edir. Bəzən onlar gün ərzində həyata keçirilir, bəzən müəyyən hərbi əməliyyatlar üçün ümumiyyətlə tələb olunmur. Bizim vəziyyətimizdə qətnamələr kağız üzərində qalır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Qeyd edim ki, son vaxtlar Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın "xalqı" üçün məqbul olmalıdır. Deməliyəm ki, "Dağlıq Qarabağ xalqı" anlayışı mövcud deyil.

Dağlıq Qarabağın münaqişədən əvvəl bərabər hüquqa malik olan azərbaycanlı və ermənilərdən ibarət əhalisi var.

Azərbaycan üçün hansı həll yolunun məqbul olmasına gəlincə, o, bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1823   Tarix: 03 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir

"Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalini

21.05.2026 256
.

Bu gün WUF13 sessiyası yekunlaşır

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası öz işini yekunlaşdırır. Qaynarinfo xəbər verir ki, bu gün WUF13 çərçivəsində "İqlim Hədəflərinə Nail Olmaq üçün Alət kimi Strateji Ekoloji Qiymətləndirmə", "Kiçik Şəhərlərin Transformasiyası və Dayanıqlılığ

10:15 151
.

Eldar Əzizov Dubay haqqında

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən qonaqlar gəlmişdir. Suriyanın Dəməşq əyaləti, Qazaxıstan Respublikasının Astana şəhəri, Ruandanın Kiqali şəhəri, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn şəhəri, Niderlandı

12:48 90
.

İdeal kişini ilk baxışdan müəyyən edəcək 6 xüsusiyyət

İdeal kişini müəyyən edəcək altı üz cizgisi var. xarici mediyaya, istinadla məlumat verir ki, ideal kişini üz cizgilərinə görə müəyyən etmək olar. Qədim Çin metodologiyası olan Mian Sian bundan bəhs edir. Bu təcrübənin və ənənəvi Çin təbabətinin tərəfdarları iddia edirlər ki, gözlərin, burnun və ya qaşları

21.05.2026 285
.

Yellouston parkına canavarlar gətirildi: 20 il ərzində çayları tam dəyişdilər

1995-ci ildə ABŞ-ın Yellouston Milli Parkına boz canavarlar gətirilib. Bu, 1920-ci illərdə demək olar ki, tam yoxa çıxmış növün təxminən 70 ildən sonra yenidən ekosistemə qaytarılması idi. Qaynarinfo xəbər verir ki, bioloq Skott Treversin "Forbes" üçün yazdığı məqaləyə görə, bu addım parkı

21.05.2026 295
.

154 illik "kabus gəmi"nin sirri açıldı: Heyətə əslində nə olub?

Atlantik okeanının dalğaları arasında 5 dekabr 1872-ci ildə tamamilə səssiz vəziyyətdə irəliləyən bir ticarət gəmisi - "Mary Celeste" - dəniz tarixinin ən böyük sirlərindən birinə çevrilmişdi. Qaynarinfo xəbər verir ki, "Dei Gratia" adlı başqa bir ingilis gəmisinin heyəti Azor adalar

21.05.2026 299
.

Şahdağa qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir

12:03 109
.

İranda güclü zəlzələ oldu

Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb

21.05.2026 259
.

Moskva: Ermənistan həm Aİ, həm də Aİİ üzvü ola bilməz

Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya rəsmisi Mixail Qaluzin bildirib. Diplomat qeyd edib ki, Ermənistanın hər iki ittifaqda eyni anda təmsil olunması "iki toyd

11:14 134
.

TOP MP3