Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT

Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜATOdessa Dairə İnzibati Məhkəməsi Ukrayna Dövlət Miqrasiya Xidmətinin vilayət departamentini bir ay ərzində məhkəmə qərarının icrası barədə hesabat təqdim etməyə məcbur edib. Həmin qərarda "miqrantın" ölkədən çıxarılması qanunsuz hesab olunub və nəticədə Azərbaycan Respublikasının Ağdam rayonundan olan 44 yaşlı Cavid Nazim oğlu İsmayılovun Ukrayna vətəndaşlığının ləğvi qərarı qüvvədən düşüb. O, həmçinin Belqorod-Dnestrovsk rayon Boks Federasiyasının vitse-prezidentidir. Qərar 15 may 2026-cı ildə hakim Dmitri Vasilyak tərəfindən çıxarılıb.

Lent.az xarici mediaya istinadən xəbər veriri ki, məhkəmə nəzarəti 2025-ci ilin payızında baş vermiş hadisələrdən sonra tətbiq olunub. Məlumata görə, "Cavid" ləqəbli avtoritet "Tabaki-Mirnoye" sərhəd-keçid məntəqəsindən Ukraynaya daxil olmaq istəyərkən sərhədçilər tərəfindən ölkəyə buraxılmayıb. 27 oktyabr 2025-ci ildə hakimiyyət ona Ukrayna pasportunun ləğv olunduğunu bildirib və sənəd əlindən alınıb. Bundan sonra İsmayılov Moldova ilə Ukrayna arasındakı neytral zonada treylerdə yaşamağa məcbur olub.

Məhkəmə materiallarına əsasən, hüquq-mühafizə orqanlarının Cavid Nazim oğlunu vətəndaşlıqdan məhrum etmək təşəbbüsü ən azı 2023-cü ildən başlayıb. Həmin vaxt hüquq-mühafizə orqanları onun təxminən 20 il əvvəl Ukrayna vətəndaşlığını necə aldığını araşdırmağa başlayıblar. İsmayılovun sözlərinə görə, 2007-ci ilin yazında məhkəmə onun Ukraynanın müstəqilliyi elan olunan vaxt Stoayanovo kəndində daimi yaşadığını təsdiqləyən qərar çıxarıb. Bu qərar əsasında o, 24 aprel 2007-ci ildə Odessa vilayətinin Velikomixaylovski rayon DİN idarəsinə müraciət edib və bir ay sonra Ukrayna pasportu alıb.

2023-cü ilin oktyabrında sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları İsmayılovun ilkin sənədlərinə çıxış əldə edib. Araşdırma zamanı manipulyasiya və yalan məlumatların olduğu müəyyən edilib. Söhbət həmin dövr üçün aktual olmayan qeydiyyat möhürlərindən və üç nəfərin saxta ifadələrindən gedir. Həmin şəxslər hazırda bildirirlər ki, İsmayılov ailəsini tanımayıblar və onun 1991-ci ildən əvvəl Ukraynada yaşaması barədə heç bir sənəd imzalamayıblar.

İstintaq zamanı əldə olunan sübutlar əsasında Belqorod-Dnestrovsk rayon Boks Federasiyasının vitse-prezidenti olan İsmayılovun Ukrayna vətəndaşlığından məhrum edilməsi proseduru başladılıb. Polis müraciətlərindən sonra 23 oktyabr 2025-ci ildə Odessa sərhəd xidməti onun Ukrayna pasportunu ləğv edib.

Cavid isə vətəndaşlığını itirməyi qəbul etməyərək bir sıra məhkəmə proseslərinə başlayıb. İş materiallarına görə, 2026-cı ilin fevralında Odessa Dairə İnzibati Məhkəməsi onun iddiasını rədd etsə də, yaz aylarında vəziyyət onun xeyrinə dəyişib.

3 mart 2026-cı ildə Ukrayna sərhədindən buraxılmamaq barədə qərar qanunsuz hesab edilərək ləğv olunub. 24 aprel tarixində isə Odessa vilayət Dövlət Miqrasiya Xidmətinin Cavid Nazim oğlunun vətəndaşlığının ləğvi ilə bağlı qərarı da qüvvədən salınıb. Məhkəmə materiallarında qeyd olunur ki, hakimiyyət aprel qərarından Ali Məhkəməyə şikayət versə də, 1 may 2026-cı ildə kassasiya icraatının açılmasından imtina olunub. İsmayılovun məhkəmə qərarlarının icrasına nəzarət olunması ilə bağlı yeni müraciəti isə sistemin prosesə mane olmaması üçün atılmış addım kimi qiymətləndirilir. Eyni zamanda bildirilir ki,

Məlumata görə, Odessa kriminal aləmində "vəziyəttə nəzarət edən" statusuna iddialı sayılan "Cavid" uzun illərdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Hazırda onun adı Ukraynada altı ay olmamasına baxmayaraq, iki səs-küylü hadisə üzrə təqsirləndirilən şəxs kimi keçir. Birinci hadisə 16 iyun 2020-ci ildə Odessa şəhərində yerləşən "Tri Barançika" restoranında baş verib. Həmin vaxt Qafqaz əsilli şəxslər arasında bıçaqlanma və atışma ilə müşayiət olunan kütləvi dava yaşanıb və İsmayılovun da həmin hadisədə iştirak etdiyi bildirilib. İkinci ittiham isə 7 noyabr 2015-ci ildə Tatarbunarı şəhərində yerləşən "Vdali ot jen" əyləncə məkanında baş verən qanlı qarşıdurma ilə bağlıdır. Həmin vaxt "Tahir" ləqəbli Mir-Tahir Talışxanov və "Cavid" ləqəbli Cavid İsmayılovun rəhbərlik etdiyi qrup İzmail kriminal avtoriteti Sergey Pankratova hücum edib. Pankratov döyülüb, bıçaqlanıb və ondan çox nəfərin hücumuna məruz qalıb. O isə cavab olaraq "Makarov" tapançasından bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində Pankratovun iki rəqibi, o cümlədən "Tiqran" ləqəbli kriminal avtoritet ölüb. Pankratov həmin şəxslərin qətlində ittiham olunaraq üç ildən çox həbsdə saxlanılıb. Başqa bir mənbədə qeyd edilir ki, 2024-cü ilin sonunda Pankratov bəraət alıb, lakin hökm hazırda apellyasiya instansiyasında müzakirə edilir. Pankratova hücum edən tərəflə bağlı isə 1 aprel 2026-cı ildə Odessa vilayətinin Tarutino Rayon Məhkəməsi "iddia müddətinin başa çatması" səbəbilə "Tahir"i cinayət məsuliyyətindən azad edib.

Həmin gün məhkəmə "Cavid"lə bağlı ittihamların ayrıca icraata ayrılması və Ağdam rayonundan olan kriminal avtoritetin axtarışa verilməsi barədə qərar qəbul edib. Qərarda onun saxlanılaraq məhkəməyə gətirilməsinə icazə verildiyi qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 193
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 331
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

14.11.2026 228
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 152
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 183
.