Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir
"Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalinin sosial vəziyyətinə uyğun təqdim edilsin. Sözün açığı, Azərbaycan Dəmir Yollarının Bakı-Tiflis qatarının tarifi ilə bağlı açıqlaması məni o qədər də qane etmədi. Səbəblərdən biri qiymətlərin İsveçrə frankı ilə hesablanması, digəri isə Azərbaycanda minimum əməkhaqqının artırılması ilə əlaqələndirilməsidir. ADY-nin açıqlamasını o qədər də peşəkar mövqe saymıram".
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Sədr bildirib ki, qiymətin formalaşmasına təsir edən faktorlar var: "Bu faktorları və onların qiymətlərinin nə dərəcədə artdığını göstərməli idilər. Ən azından qatardakı vaqonların sayı bir neçə sinfə bölünməli, hər sinfin də özünə uyğun həm xidmət, həm də qiymət səviyyəsi müəyyənləşməlidir. Nəzərə alsaq ki, Gürcüstan və Azərbaycan arasında sıx tarixi əlaqələr var, Gürcüstanda yarım milyona yaxın soydaşımız yaşayır. Onların qohum-əqrəbaları da Azərbaycanda müxtəlif rayonlarda, xüsusilə, Bakı-Gəncə istiqamətində yaşayırlar. Bu insanlara müəyyən imtiyazlar tanısaydıq, yaxşı olardı. İlin müəyyən dövrlərində qiymətlərdə endirimlər edilərsə, sosial güzəştli paketlər nəzərdə tutularsa, müsbət addım kimi qiymətləndirmək olar. Bəli, quru yollarımız indi bağlıdır, yalnız dəmir yolu açılacaq. Təsəvvür edin, bunun arxasınca quru sərhədlər tamamilə açılacaqsa, faktiki Bakıdan Tbilisiyə bir nəfərin qatarla getməsi üç-dörd nəfərin taksi ilə getməsindən baha başa gələcək. Bu da gələcəkdə Azərbaycan Dəmir Yollarının öz tarif cədvəlinə yenidən baxmasına gətirib çıxaracaq. Hər halda qiymətlərə yenidən baxmaq olar. Bunu da qəbul edirik ki, dünyada dəmir yolu əvvəlki kimi ən ucuz nəqliyyat növü sayılmır. Keyfiyyətin artması, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən maya dəyəri ilə əlaqədar qiymətlər də kifayət qədər yuxarıdır. Amma istənilən halda, Azərbaycan vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir. Belə baxanda, komfort sinfi təyyarə qiymətlərindən o qədər də fərqlənməyəcək. Bunu da nəzərə almaq lazımdır. Ümumilikdə, qatarın açılmasını müsbət hal kimi dəyərləndirirəm. İşin gedişində həm tariflərə yenidən baxıla, eyni zamanda siniflərə bölünmə və başqa sosial layihələr də qiymət siyasətində tətbiq oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 646 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 331 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 228 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 183