"ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur"

"ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur"Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə açıqlanan qiymətlər ADY-dən narazılığı pik həddə çatdırıb. Vətəndaşlar hesab edir ki, 81 manatdan başlayan bilet qiymətləri, əlavə sığorta ödənişləri və ümumi xərcin iki nəfər üçün 600-700 manata qədər yüksəlməsi Gürcüstana səfəri sadə insanlar üçün əlçatmaz edir. Sosial şəbəkələrdə səsləndirilən fikirlərdə əsas irad ondan ibarətdir ki, ölkədə 400-500 manat maaş alan insanlar üçün bu qiymətlər reallıqdan tamamilə uzaq görünür. İnsanlar sual edir ki, sosial vəziyyət bu qədər ağır olduğu halda, dövlət qurumları niyə vətəndaşın büdcəsini deyil, əlavə gəlir əldə etməyi düşünür? Bəzi ekspertlər və ictimai şəxslər isə hesab edirlər ki, belə qiymət siyasəti cəmiyyətdə dövlət qurumlarına qarşı narazılığı daha da artırır və insanlar özlərini diqqətdən kənarda qalmış hesab edirlər. Ümumiyyətlə, ADY rəhbərliyinin qiymət siyasətinin dövləti insanlarla qarşı-qarşıya qoymaqdan ibarət olduğu qənaətinə gələnlər də az deyil. Görəsən, Bakı-Tbilisi qatarında tətbiq olunan yüksək qiymətlərə yenidən baxılacaqmı, yoxsa vətəndaşın narazılığı yenə qulaqardına vurulacaq? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADY rəhbərliyini sərt tənqid edib. O, bildirib ki, ölkədə 400-500 manat maaş alan insanların sayı belə azdır və əhalinin böyük hissəsi işsizlikdən əziyyət çəkir:

"Vətəndaşlarımızın 30-40 faizi bu maaşı ala bilər. Qalanları işsizdir. Rəsmi rəqəmlərlə reallıq arasında böyük fərq var. Biz xalqın arasındayıq və vəziyyəti görürük. Vətəndaşlardan alınan əlavə sığorta ödənişləri də insanlarda narazılığı artırır. Yüksək vəzifəli şəxslər xalqın gündəlik problemlərindən uzaq düşüblər.

Bizim məmurlar vətəndaşın vəziyyətindən xəbərsizdir. Qapıları üzlərinə bağlanıb. İnsanların problemlərini görmürlər. Bütün əlavə xərcləri də vətəndaşın cibindən çıxarırlar".

Azərbaycan Dəmir Yolları və digər dövlət qurumlarının fəaliyyəti ilə bağlı da sərt fikirlər səsləndirən Hafiz Hacıyev bildirib ki, Prezidentin tapşırıqları lazımi səviyyədə icra olunmur:

"Cənab Prezident göstəriş verir ki, millət yaxşı yaşasın. Amma məmur təbəqəsi bu tapşırıqları yerinə yetirmir. Xalqla dövlət başçısı arasında böyük uçurum yaradıblar.

Artıq insanlar qaynamağa başlayıb. Bu narazılığın qarşısı alınmalıdır. Qiymətlər yenidən nəzərdən keçirilməli, vətəndaşların cibinə uyğun səviyyəyə endirilməlidir".

Hafiz Hacıyev Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinə də toxunaraq bildirib ki, minlərlə insanın ailə əlaqələri və gündəlik gediş-gəlişi nəzərə alınmalıdır:

"Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır. İnsanların gedib-gəlməsi üçün münasib şərait yaradılmalıdır. Bu qədər vətəndaşı qıcıqlandırmaq düzgün deyil. Bizim məmurlara səslənirəm, pəncərələri açsınlar, xalqın nəfəsini duysunlar. İnsanların arzularını, problemlərini eşitsinlər. Bu cür davam etmək olmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 251
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 218
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 155
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 184
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

14.11.2026 202
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.