154 illik "kabus gəmi"nin sirri açıldı: Heyətə əslində nə olub?
Atlantik okeanının dalğaları arasında 5 dekabr 1872-ci ildə tamamilə səssiz vəziyyətdə irəliləyən bir ticarət gəmisi - "Mary Celeste" - dəniz tarixinin ən böyük sirlərindən birinə çevrilmişdi.
Qaynarinfo xəbər verir ki, "Dei Gratia" adlı başqa bir ingilis gəmisinin heyəti Azor adaları yaxınlığında sakitcə hərəkət edən bu gəmini gördükdə, dərhal nəyinsə qaydasında olmadığını anlayır. Ora keçdikdə isə qarşılarında tamamilə boş bir gəmi tapırlar: kapitan Benjamin Briqqs, həyat yoldaşı, kiçik qızı və 7 nəfərlik heyətdən heç kim yoxdur.
Göyərtədə nə döyüş, nə də zorakılıq izi var idi. Yüklər yerində idi, şəxsi əşyalar toxunulmamışdı. Bu isə hadisəni daha da müəmmalı edirdi.
İllərlə bu hadisə müxtəlif versiyalarla izah edilməyə çalışılıb: Üsyan, pirat hücumu, xəstəlik və hətta fövqəltəbii səbəblər. Lakin son araşdırmalar daha elmi bir ehtimalı önə çıxarıb.
Sızıntı və təhlükəli buxar ehtimalı
Gəminin Nyu-Yorkdan Avropaya 1 700-dən çox etanol çəlləyi ilə yola çıxdığı məlumdur. Araşdırmalara görə, çəlləklərdən bir hissəsi sızmış ola bilər. İstiləşən hava şəraitində qapalı anbarda toplanan etanol buxarı son dərəcə partlayıcı qarışıq yarada bilərdi.
Əvvəlki illərdə gəmidə yanıq, his və ya partlayış izi olmadığı üçün bu ehtimal zəif sayılırdı. Lakin Mançester Universitetinin son təcrübələri fərqli nəticə göstərib.
Alimlər real şəraitə yaxın laboratoriya modelində göstəriblər ki, etanol buxarı müəyyən temperatur və oksigen şəraitində ani "mavi alov" yarada bilir. Bu alov o qədər qısa sürür ki, taxta səthlərdə yanıq izi belə buraxmaya bilər.
Tədqiqatçılara görə, bu ani partlayış və işıq effekti heyət arasında panika yaradaraq onların gəmini tərk etməsinə səbəb ola bilər. Filikaya keçdikdən sonra isə dənizdə itmiş olmaları ehtimal olunur.
Alimlər yekun nəticəyə tələsməsə də, "Mary Celeste" sirrinin fövqəltəbii deyil, kimyəvi reaksiya ilə bağlı olması ehtimalı indi daha güclü sayılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 251 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 218 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 195 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 155 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 184 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 201 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 202 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196