Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır.
Səfirlikdən verilən məlumata görə, Kuala-Lumpurda yerləşən "GM Travel House" şirkəti ilə aparılan danışıqlar nəticəsində Malayziyanın 220 turizm şirkəti tərəfindən hər birində 44 nəfər olmaqla 5 qrupun bu turizm mövsümündə Azərbaycana səfəri barədə razılıq əldə edilib. Bildirilir ki, həmin şirkətlərə Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumatlar, nəşr məhsulları çatdırılıb. Həmin nəşrlərdə ölkəmizin tarixi abidələri, müasir tikililəri, qədim mədəniyyəti, zəngin mətbəxi və görməli yerləri barədə informasiyalar öz əksini tapıb. Aparılan təbliğat və təşviqat işləri öz müsbət nəticəsini verib. Digər tərəfdən, əvvəlki illərdə Malayziyadan ölkəmizə təşkil edilən turizm turlarının uğurlu təşkili barədə məlumatlar da bu işdə mühüm rol oynayıb.
Bundan əlavə, Azərbaycanda təşkil edilən çoxsaylı idman yarışları, beynəlxalq tədbirlər ilə əlaqədar Malayziyada ölkəmizə olan maraq həddindən artıq çoxalıb. Səfirliyə Azərbaycana turizm turlarının təşkili ilə bağlı müraciətlərin sayının artmasında bu məsələ mühüm rol oynayır. Malay turistləri Qafqazı, xüsusən onun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanı yaxından tanımaq istəyirlər. Ölkəmizdəki ictimai-siyasi sabitlik onlara bu niyyətlərini rahatlıqla reallaşdırmağa imkan verir.
/azertag.az
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 3329 Tarix: 26 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTuristlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək
Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-
22.07.2020 2717 Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir
Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər
27.11.2019 4857 Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək. Bunu -a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərin
29.07.2019 3527 Dubayda yay mövsümünün yenilikləri
Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir. AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkın
26.06.2019 2882 Azərbaycanda turizm sahəsi üzrə yeni qurum yaradılıb
Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb. Trend-in məlumatına görə, Assosiyasının sədri Rüfət Hacıyev bildirib ki, yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körp
27.06.2019 4153 Almaniyalı bloqer: Bakıya aşiq oldum
Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə
29.07.2019 4006 Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA
Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy
05.04.2021 2306 Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu
Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar
20.11.2019 3698 Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib
Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları"
29.07.2019 3248