Xəzər dənizini hasarlayan məmurlar - FOTOLAR

Xəzər dənizini hasarlayan məmurlar - FOTOLARYenə yay gəldi, yenə də kasıb əhali "hansı çimərlikdə sərinləyək" sualı aktuallıq kəsb etməyə başlayır. Xəzərdəki qanunsuz tikililərlə bağlı rəsmilər danışsa da, qanunlara əlavə və dəyişikliklər artsa da, hasarların uzunluğu da azalmır, əksinə artır.

İllərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu uzanan hasarlarla əhatələnib. Sahilboyu hündürlüyü 4-5 metr, 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə hasarlar çəkilib. Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat, bir sözlə, Abşeron yarımadasının bir çox ərazilərində çimərlik i xalqın üzünə hasarlanıb.

"Get dənizə çat, torunu at, 3 balıq tut. Bircə qırıcı təyyarələri qaldırmayacaqlar. Əynində forma olan, əlində bir balaca səlahiyyəti olan azı 10 nəfər başının üstünü kəsdirəcək. Bir vay-şüvən çıxaracaqlar ki, bəs qanunu pozmusan. Bu hasarları isə görmürlər" - Buzovna sakini Həsənbala Gülverdi oğlu belə deyir. Onun sözlərinə görə, Buzovnada dənizə çatmaq artıq igidlik hesab olunur: "Mənim 76 yaşım var. Baxın da, baxın bir qarış yol qoyublar? Bu adamlar nə yeyib-içirlər, nə fikirləşirlər? Guya balaca bir yol qoysaydılar, hasarlarını 3 addım o tərəfə çəksəydilər, kasıb olacaqdılar? Dənizi camaatın üzünə bağlayıblar, heç özlərinə də qismət olmur burada yaşamaq. Camaat bütün yayı hasar çəkənləri söyür, hasarlarına söyüşlər yazır".

O, deyir ki, vaxtilə şəhərin səs-küyündən bezən, yorulanlar dincəlmək, Xəzərə tamaşa etmək üçün şəhərdən çıxardı: "İndi daha gələn də yoxdur. Adamlar evindən çıxır, gəlir, sahilə yol tapınca əsəbləri dözmür. Yol olan yerlərə də hərəsi bir şlaqbaum qoyub. Camaatla düşmən kimi davranırlar.

"Dəniz vəzifəlilərindir təkcə? Hasarlayırlar, hasarlayırlar, hər il təzə hasarlar çəkirlər. Camaatı heç fikirləşmirlər. Bax elə bu hasarı çəkən 4 ildir ki, bu tərəfə hərlənməyib. Gözətçisi kef çəkir orda. Qala kimi ev tikib, hasarının uzunluğu da yarım kilometr. Deyirlər Dubayda bizneslə məşğuldur. Bir ətək pul verib buranı alıb, bir o qədər verib bu boyda nataraz hasar çəkdirib. Amma gəlib-getmir. Camaat da 4-5 yaydır ki, bunun nəsil-nəcabətini yolkəsənliyinə görə döşəyir. Belə də insafsızlıq olar? Yaxşı insan yolkəsənlik eliyər? Başqasını yolda qoyar?"

Bakının Türkan qəsəbəsi də Xəzər sahilində yerləşir. Bu kəndə də durum fərqli deyil. Dəniz sahilinə ayrılan adına yol deyilən, faktiki isə cığırlar qumsaldır. Maşınların sahilə yolu demək olar ki, yox səviyyəsindədir. Əvəzində dəniz sahili boyunca bir-biri ilə bəhsə girən restoranların pullu dayanacaqlarına rahat yollar var. Azərbaycanda dəniz bahalı əyləncəyə çevrilib. Pulu olmayan, maaşla dolananlar dəniz çimərliklərinə baş çəkməsələr də olar. Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqləşmənin simvolu da hesab etmək olar. Hasarlar var-dövlətin, cəh-calalın göstəricisinə çevrilib. Hansılar ki, Xəzəri kasıbların üzünə bağlayıb. Baş çəkdiyimiz Buzovna, Türkan və Pirşağı çimərliklərində real durum belədir. Görünən odur ki, rəsmilər hasar sahibləri ilə bacarmır, qanunlar işləmir, dənizi isə xalqın üzünə yalnız buldozerlər aça bilər...

Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il də artır. Hasarlar təkcə Xəzəri xalqın üzünə bağlamır, həm də ekoloji durumuna təsir edir. Bu haqda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov "Novoye Vremya" qəzetinə olduqca maraqlı açıqlama verib. Direktor deyib ki, bu ilin yazında bir sıra dövlət qurumlarının Xəzər sahili zolaqda yerləşən obyekt sahiblərinə verdiyi xəbərdarlığın vaxtı bitib.

Direktor vurğulayıb ki, Xəzər sahillərini çoxsaylı villalar zəbt edib, nə Bakıda, nə şəhərdən kənarda Xəzərətrafı zonada bir qarış belə boş sahə qalmayıb, dəniz sahili tam hasarlanıb. Ə.Həsənov xatırladıb ki, dəfələrlə sahilləri zəbt edənlərin cəzalandırılacağı deyilsə də, bu, söz olmaqdan o yana keçməyib: "Hətta dənizin içinə doğru uzanan villalar var ki, ümumiyyətlə hər hansı icazə sənədi yoxdur. Belə hallar isə vətəndaşın istirahət hüququnun əlindən alınmasıdır. Görünən də budur ki, oliqarxlar bu yerləri asanlıqla qaytarmaq fikrində deyildirlər, bunun üçün isə dövlət başçısı işə qarışmalıdır".

Ə.Həsənov deyib ki, bu işə məsul olan şəxslər acizdir və onlar dəniz sahilindədki villalara yaxın getməyə belə cürət etmirlər: "Görünür bizim oliqarxalara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura "oliqrax şıltaqlıqları" məkanı deyil. Bunu indi etmək lazımdır, əks halda sahildə boş bir qaya belə qalmayacaq".

Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda "qanun şah ola bilmir".

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunur ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda, məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə, məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmayıbsa, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu günə qədər dəniz sahilinə hasar çəkdiyinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan olubmu?..
Xəzər dənizini hasarlayan məmurlar - FOTOLARXəzər dənizini hasarlayan məmurlar - FOTOLARXəzər dənizini hasarlayan məmurlar - FOTOLARXəzər dənizini hasarlayan məmurlar - FOTOLARXəzər dənizini hasarlayan məmurlar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 27 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 867
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

07.05.2024 417
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

10:01 553
.

Sakit okeanda 6,1 bal gücündə zəlzələ oldu

Sakit okeanda yerləşən Vanuatuda zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,1 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib. Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeyd

14:13 73
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

11:20 238
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 518
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 470
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 178
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

16:46 263