Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldıZaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb.

Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir.

Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

Müraciət edənlər arasında beş nəfərin azyaşlı olduğu bildirilir.

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər.

Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır.

Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.

Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyadan Özbəkistan məhsullarına qadağa

"Rosselxoznadzor" iyulun 23-dən etibarən Özbəkistandan karantin məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qadağa, fitosanitar tələblərin ən çox pozulmasına yol verən be

21.07.2026 280
.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

21.07.2026 282
.

Aİ "AliExpress"i 550 milyon avro cərimələdi

Avropa İttifaqı (Aİ) Çinin "AliExpress" şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib. xəbər veri

21.07.2026 255
.

"Dedi ki, ağzını-burnunu vurub sındıraram!" - Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi

Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb. Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub. Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığı

21.07.2026 354
.

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""

Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq aralarında qarşılıqlı etimadın olduğunu bildirib. Kəmalə Günəşlinin sözlərinə görə, həyat yoldaşı onu qısqanmır və hər zaman ona güvənir. "Məni

21.07.2026 424
.

Hava proqnozları psixologiyamıza necə təsir edir?

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri

21.07.2026 288
.

Qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,86% artaraq 4050.4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşü

21.07.2026 236
.

Saç balzamı həqiqətən vacibdirmi? - DERMATOLOQDAN AÇIQLAMA

Şampundan sonra balzamdan istifadə edənlərin sayı az deyil. Bununla yanaşı, bir çox insan bu məhsulun saç üçün nə dərəcədə faydalı olduğu və ümumiyyətlə istifadəsinin zəruri olub-olmaması ilə maraqlanır. Bəs saç balzamı saçın sağlamlığına necə təsir edir, onu hər yuyunmadan sonra istifadə etmək lazımdırmı

21.07.2026 268
.

Kəlbəcərdə mina partladı: Yaralı var

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1987-ci i

21.07.2026 228
.

TOP MP3