İtkin düşən 3 yaşlı qızın ətəyi tapıldı: Atasının bu sözləri ürək dağladı - FOTO

İtkin düşən 3 yaşlı qızın ətəyi tapıldı: Atasının bu sözləri ürək dağladı - FOTO

Karsda 3 gündür axtarılan 3 yaşlı qızın ətəyi dərənin yanından tapılıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 gündür evlərinin qarşısında oynayan 3 yaşlı Nurcan Sadənin axtarışları davam edir.

Bu gün səhər saatlarında azyaşlının ətəyi dərənin yaxınlığında tapılıb.

Nurcan Sadənin atası Hayrettin Sadənin mətbuata açıqlaması hər kəsi göz yaşına boğub.

O bildirib ki, bu ətəyi qızı çox sevirmiş:

"Polislər ətəyi mənə gətirdilər. Bu ətək qızımın ölüm səbəbi oldu. Bunu o qədər çox sevirdi ki, əynindən çıxartmırdı. Axtarışlar davam edir. Allah dövlətimizdən razı olsun. Dayanmadan qızım üçün çalışırlar. Bu gün ən azından bilirəm ki, qızım dərəyə düşüb. Bundan başqa heç nə deyə bilmirəm".

Aysel Yusifqızı


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 818 Tarix: 15.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol