Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏ

Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏVəkillər Kollegiyasının sədrinin müavini Aydın Axundov BiG.AZ saytının suallarını cavablandırıb.

- Son illər Vəkillər Kollegiyasının gördüyü işlər barədə məlumat verərdiniz. Ümumiyyətlə, Azərbaycanda vəkillərin fəaliyyətinə nəzarət sistemi necə təşkil edilir?

- Məlum olduğu kimi, son illər Vəkillər Kollegiyasında bir sıra islahatlar keçirilmiş, əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin və vəkilliyin nüfuzunun artırılmasına xidmət edən əhəmiyyətli işlər görülüb. Əvvəla, vəkillərin sayı 1530 nəfərə qədər artırılıb, vəkilliyə qəbul prosedurları sadələşdirilib. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamından sonra həyata keçirilən tədbirlər nəticəsində vəkilliyin inkişafı göstərir ki, bu peşəyə maraq xeyli artıb. Gənc hüquqşünaslar vəkil olmaq istəyirlər. Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə müntəzəm olaraq vəkilliyə qəbul imtahanları keçirir. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Bu isə regionlarda vəkil qıtlığı problemini aradan qaldırmağa kömək edir.

Vəkillər Kollegiyası əhalinin hüquqi maarifləndirilməsi sahəsində də əhəmiyyətli addımlar atır. Əhaliyə pulsuz hüquqi yardım davamlı və müntəzəm olaraq həm vəkillərin müxtəlif rayonlara getməklə bu yardımı bilavasitə yerlərdə göstərmələri, həm də kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Hüquqi maarifləndirmə işinin əhalinin müxtəlif yaş kateqoriyaları nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır. Yeniyetmələr, kiçik yaşlı məktəblilər və tələbələr arasında hüquqi maarifləndirmə bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir. Çünki hüquqi savadsız uşaqdan yalnız hüquqi savadsız böyük yetişə bilər. Bu isə cəmiyyətimiz üçün arzuolunmazdır. Məktəblilərin hüquqi maarifləndirilməsi onların hüquq və vəzifələrini bilmələrinə və icra etmələrinə, yeniyetmələr arasında cinayətə meyillilik, pis vərdişlər və s. bu kimi mənfi halların azalmasına, əsl vətəndaş olaraq böyüməsinə imkan yaradacaq. Hesab edirik ki, biz bu işdə vəkil olaraq təhsil müəssisələrinə öz köməyimizi əsirgəməməliyik. Hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrlə bir sıra layihələrin icra olunması onların peşəyə hazırlanmalarında və vəkil peşəsinə marağın artırılmasında böyük rol oynayır. Vəkillər Kollegiyasının üzvləri ölkəmizdə həyata keçirilən hüquqi islahatların təhlil olunması və əhaliyə çatdırılmasında, təşviqatında fəal iştirak edirlər.

Vəkil qurumlarının sayı xeyli artırılıb. Vəkil qurumları təmir olunmuş, bu qurumlarda insanlara keyfiyyətli hüquqi yardım göstərilməsi, həm də konfidensiallığın təmin olunması üçün hər cür şərait yaradılıb. Vəkillərimiz davamlı olaraq müxtəlif təlim və seminarlara cəlb olunurlar. Bu isə onların peşə hazırlıqlarının davamlı olaraq təkmilləşdirilməsini təmin edir. Ümumiyyətlə, son illər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları uğurla və davamlı qaydada həyata keçirilir. Vəkillər Kollegiyası bu islahatlar nəticəsində mobil, çevik və ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardım göstərən peşəkar qurum kimi fəaliyyətini davam etdirir. Dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldiməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Artıq bu yardımın eyni vəkillər tərəfindən həyata keçirilməsinə yol verilmir. Ərazi üzrə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəlləri AR Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq olunur və müvafiq hüquq-mühafizə orqanlarına göndərilir. Növbətçilik cədvəllərinə əməl olunmasına nəzarət edilir.

Vəkillər Kollegiyası qanunvericiliyin təkmilləşdirilməsi sahəsində davamlı təhlillər aparır və müvafiq orqanlara təkliflər verir.

Vəkillərin davranış qaydalarına əməl edilməsinin yoxlanması və qiymətləndirilməsi Vəkillərin İntizam Komissiyası tərəfindən həyata keçirilir. "Vəkillərin Davranış Qaydaları haqqında" yeni Əsasnamə qəbul olunub. Vəkillərin fəaliyyəti bu Əsasnamənin, "Vəkillər və Vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və vəkillik fəaliyyətini tənzimləyən digər qanunvericilik normalarının tələblərinə müvafiq şəkildə yoxlanılır.

- Vəkillik fəaliyyətilə bağlı qanunvericiliyimizdə hansı boşluqlar var? Təklifləriniz nələrdir?

- Təbii ki, qanunvericilik normalarının həmişə təkmilləşməyə ehtiyacı var. Vəkillik fəaliyyəti bu sahəyə aid olan müvafiq normativ hüquqi aktların normaları ilə tənzimlənsə də, hesab edirəm ki, vəkillərin sübut toplamaq və sübutları təqdim etmək, həmçinin sübutların qiymətləndirilməsində iştirakı imkanlarını reallaşdıracaq mexanizmlərin hazırlanıb tətbiq edilməsinə ehtiyac var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı" 03 aprel 2019-cu il tarixli Fərmanında irəli sürülən bir sıra tələblər məhz bu mexanizmlərin tətbiqinə yönəldilib.

- Vəkillik statusu hansı hallarda ləğv edilə bilər?

- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər:

öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;
barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
vəfat etdikdə;
məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə;
bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə və üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

- Bu günə kimi neçə vəkil Vəkillər Kollegiyasından çıxarılıb. Onlar əsasən hansı səbəbdən Kollegiyadan çıxarılır?

- Vəkillərin fəaliyyətinə xitam verilməsi əsaslarını yuxarıdakı suallarda cavablandırdım. İntizam pozuntusuna yol vermiş və ya üzvülük haqqını ödəmədiyinə görə xaric olunan vəkillər də var. Lakin bütün hallarda bu cür xaric etmə məhkəmənin qərarı əsasında həyata keçirilir.

- Hüquqi yardım göstərdiyi şəxsləri aldadan vəkilləri hansı cəzalar gözləyir?

- Hüquqi yardım göstərdiyi şəxslə bağlı intizam pozuntusuna yol vermiş vəkillər barədə bu xarakterli məsələlər Vəkillərin İntizam Komissiyasında araşdırılır. Həmin Komissiyanın müvafiq rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim olunur. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehi tətbiq oluna bilər.

Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək, həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

- Bəs Kollegiyadan çıxarılan vəkillər hansı halda geri qaytarılır?

- Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər

- Məhkəmə icraçıları ilə bağlı müəyyən problemlər yaşanmaqdadır. Onların fəaliyyətinə necə nəzarət olunur?

- Məhkəmə icraçılarının fəaliyyəti "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məhkəmə icraçılarının hərəkətindən narazı qalan şəxslər bu barədə şikayətlə məhkəməyə müraciət edə bilərlər. Yəni, məhkəmə icraçılarının fəaliyyəti üzərində məhkəmə nəzarəti həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi də bu nəzarəti həyata keçirir.

- Bu yaxınlarda Milli Məclisdə Mediasiya institutunun yaradılması ilə bağlı qərar qəbul olundu. Mediasiya institutunun üstünlükləri nələr olacaq?

- "Mediasiya haqqında" Qanun həqiqətən də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində irəli atılmış bir addımdır. Qeyd edilən qanun məhkəmələrdə iş yükünü azaldacaq, bu isə sonda işlərə vaxtında və keyfiyyətlə baxılması ilə nəticələnəcək. İnsanlar öz mübahisələrini qərəzsiz, neytral, peşəkar mediatorun köməkliyi ilə həll edə biləcəklər. Bu onları məhkəmə instansiyalarında əlavə vaxt itkisindən və xərclərdən azad edəcək. Həm də insanlar arasındakı münasibətlər qorunub saxlanacaq. Məsələn, aralarında mübahisə yaranan iki qardaş rəqib kimi məhkəmədə qarşı-qarşıya gəlmək əvəzinə sivil qaydada, danışıqlar yolu ilə mübahisələrini həll edəcəklər. Bu isə qohumluq bağlarını qoruyub saxlamağa kömək edəcək.

- Bu gün bir çox vəkillər var ki, televiziya verilişlərində iştirak edirlər. Onlar kollegiyanın üzvüdürlərmi?

- Televiziya kanallarında yayımlanan müxtlif verilişlərdə vəkil olan və vəkil olmayan hüquqşünaslar iştirak edir. Lakin biz çalışırıq ki, bu kanallar vasitəsilə əhaliyə hüquqi yardım və maarifləndirmə işini məhz peşəkarlar-vəkillər həyata keçirsin ki, bu işin keyfiyyəti zəmanətli olsun.

- Bilirsiniz ki, son 3 gündə məktəbli qızın intihar etməsi məsələsi gündəmdən düşmür. Məktəblinin intiharında günahkar olan şəxsləri, xüsusilə də direktoru hansı cəza gözləyir?

- Bu işlə bağlı istintaq araşdırması aparılır. Hansısa şəxsin bu məsələdə təqsirli bilinib bilinməməsi və ya cəzalanması məhkəmə tərəfindən müəyyən olunacaq. Lakin hesab edirəm ki, bu kimi halların qarşısının alınması üçün məktəblilərlə mütəmadi olaraq hüquqi maarifləndirmə işi aparılmalıdır. Məktəblilər, müəllimlər öz hüquq və vəzifələrini və hansı hərəkətlərinin hansı hüquqi nəticə doğura biləcəyini öyrənməli və dərk etməlidirlər.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏŞagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1350   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0