Yoluxucu xəstəliyi olan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq

Yoluxucu xəstəliyi olan məzunlar buraxılış imtahanlarına buraxılmayacaqOnlar üçün xüsusi bir gün imtahan günü təyin ediləcək

"Yoluxucu xəstəlikləri olan şagirdlər buraxılış imtahanlarına girə bilməz. Hər bir insanın öz hüququ var, amma digər insanların da hüquqları var".

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, komissiya nümayəndələri belə halla mayın 13-də rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verərkən rastlaşıb: "Heç zaman biz imtahanda digər uşaqlar üçün təhlükə yarada bilməzdik. Mənə elə gəlir ki, valideynlər üçün ən əsası uşaqlarının imtahan nəticələrindən əvvəl onların sağlamlığıdır. Uşaq xəstədirsə, özünü pis hiss edirsə, imtahana gəlməyə də bilər. Təbii ki, uşaqlarda sarılıq, suçiçəyi və digər yoluxucu xəstəlik olduqda, biz onları imtahana buraxmayacağıq".

TQDK sədri deyib ki, buraxılış imtahanlarında hər hansı səbəblə əlaqədar iştirak edə bilməyən məzunların siyahısı hazırlanacaq: "Məzun əməliyyat olunubsa və hansısa xəstəliyə görə imtahana gələ bilmədisə, onların siyahısı bütün imtahanlar bitdikdən sonra formalaşacaq. Bundan sonra onlar üçün bir gün imtahan günü təyin ediləcək. Həmin gün həm bu məzunlar, həm də keçən il imtahandan kəsilənlər imtahan verəcəklər. Hesab edirəm ki, iyulun 10-da biz bu imtahanın tarixini elan edəcəyik. Hələ ki, rayon təhsil şöbələrindən də keçən il imtahan verə bilməyən və bu ilki imtahana qatılmaq istəyən məzunların siyahısı komissiyaya daxil olmayıb. Ümidvaram ki, mayın 30-dək bu siyahılar dəqiqləşəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2530   Tarix: 14 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367