Azərbaycanda toy günü faciəvi hadisə: Dostlardan biri öldü, digəri isə...

Azərbaycanda toy günü faciəvi hadisə: Dostlardan biri öldü, digəri isə...
Şəmkirdə iki nəfər körpüdən yıxılıb.

BiG.AZ-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu dostu, 1980-ci il təvəllüdlü Rəsulov Ramin ilə kəndə gedərkən avtomobili saxlayıblar.

Qaranlıqda yolun kənarında piyada gəzən hər iki şəxs körpüdən yıxılıb. Ramin Mehdixanov hadisə yerində ölüb. Dostu isə bədən xəsarətləri ilə Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb. Məlumata görə, iki dost Göygöl rayonunun Balçılı kəndində olan toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4908 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol