"Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar"

"Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar"Bəyimxanım Vəliyeva: "Vətənimi belə bir festivalda təmsil etmək mənim üçün şərəfdir"

BiG.AZ kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Festival bir ölkənin tanınmasında böyük rol oynayır. Əslində isə festival bir bayramdır. Hələ bu, sərhəd tanımayan, din, dil, irq fərqi qoymayan musiqinin festivalıdırsa, o zaman ikiqat bayramdır. Beynəlxalq festivallarda iştirak etmək isə dünyaya açılan qapıdan vətənin təbliğatının sənin əllərində olması deməkdir. Son illər tanınmış xanəndələrimizin, musiqi aləmindəki sənətkarlarımızın səsi məhz belə festivallardan eşidilir. Bu dəfə isə gənc xanəndəmiz, Əməkdar artist Bəyimxanım Vəliyevanın növbəti bir beynəlxalq festivalda çıxış etdiyini eşitdik. Onunla əlaqə saxladıqda, xanəndə artıq vətənə yola düşürdü. Müasir texnologiyanın verdiyi imkanlardan istifadə edərək Qüdsdə olan ifaçı ilə əlaqə saxladıq, səfərin səbəbini soruşduq:

- Noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq "Ud" festivalında iştirak etdim. Artıq 3-cü dəfədir ki, bu festivala dəvət alıram və ölkəmizi belə mötəbər bir festivalda təmsil edirəm. Dünyanın diqqətində olan və ətrafına böyük auditoriya cəm edən belə bir festivalda iştirak etmək, orada öz ölkəni təmsil etmək həqiqətən böyük bir şərəf, eyni zamanda məsuliyyətdir. Mən bu dəfə həmin festivala Azərbaycandan tək qatılmışdım. Festivalda israilli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış etdim.

- Sintez muğam proqramına hansı musiqilər daxil idi?

- Festivalda məni İsrail musiqiçiləri müşayiət edirdi. Xalq və bəstəkar mahnılarımızı ifa etdim. Belə ki, "Getmə-getmə" xalq mahnısını, "Bəstə Nigar", Hacıbaba Hüseynovun repertuarından "İki sevda çəkənlərin cəzası var" təsniflərini və sair repertuara daxil etmişdim. İsrail musiqiçilərindən məşhur instrumentalist Markın bəstələdiyi bir mahnını səsləndirdim. Orada Azərbaycanı təmsil etdiyim üçün bildirdim ki, burada Azərbaycan sözləri də mütləq olmalıdır. Həmin mahnı sırf instrumental musiqi idi. Həmin mahnıya bizim gözəl qəzəlxanımız Şəhriyarın sözlərini əlavə etdim. Onların 2 improvizələri var idi ki, mən orada muğamlar səsləndirdim. Həqiqətən də çox fərqli və maraqlı bir proqram oldu. Təəssüratlarım xoşdur və bu konsertdən böyük ruh yüksəkliyi ilə geri dönürəm.

- Bu sintez ifa tamaşaçılar tərəfindən necə qarşılandı?

- Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar və məni ikinci dəfə səhnəyə dəvət etdilər. Yenidən ifa etməyimi xahiş etdilər. Zalda əyləşən tamaşaçılar bu konsertdən böyük zövq almışdılar. Onlar konsert sonrası da öz xoş təəssüratlarını səsləndirdilər. Azərbaycan muğamına böyük maraqlarının olduqlarını söylədilər. Onu qeyd edim ki, İsrail tamaşaçıları həddindən artıq həssasdırlar. Musiqini sevirlər və keyfiyyətli musiqiyə dəyər verməyi bacarırlar. Onlar bir növ musiqi fanatıdırlar.

- Festivalda hansı ölkələr iştirak edirdi?

- "Ud" festivalına Hindistan, İraq, Gürcüstan, Amerika, İsrail, Kanada və bir çox ölkələrdən iştirakçılar qatılmışdı. Məndən öncə ölkəmizin görkəmli sənətkarı, Xalq artisti Alim Qasımov Azərbaycanımızı bu festivalda təmsil edib. Ondan sonra mən dəvət aldım. Məhz bu sintez şəklində. 2015-ci ildə bu festivalda iştirak edəndə Azərbaycandan istedadlı tarzənimiz Malik Mansurov da iştirak edirdi. Bu dəfə Azərbaycandan tək mən iştirak etdim.

- Festivallar sizə nə qazandırır?

- Festival ölkəmizi təmsil və təbliğ etmək üçün ən gözəl vasitədir. Biz burada dünyanın müxtəlif ölkələrindən gələn sənət adamlarına, getdiyimiz ölkənin vətəndaşlarına öz musiqimizi göstərir və onun hansı keyfiyyətə malik olduğunu nümayiş etdiririk. Beynəlxalq arenaya daha tez çıxmaq və sənətimizlə sözümüzü demək üçün şans əldə edirik. Ölkəmizin həqiqətlərini belə böyük bir arenada daha çox təbliğ etmiş oluruq.

- Konsert proqramında sintez şəklində ifa etdiyiniz mahnılara necə hazırlaşdınız?

- Festivala dəvət aldıqdan sonra iki ay əvvəl mənə repertuardakı mahnıları göndərdilər. Mən də həmin mahnıların üzərində çalışdım. Daha sonra İsrailə gedəndə oradakı musiqiçilərlə gərgin məşqlərimiz oldu. Konsert günü də 3 saat məşq oldu. Nəticədə festival günü saatyarımlıq konsert proqramı ilə çıxış etdik.

- Şəkillərdən gördüyümüz qədəri ilə ziyarət etməyə də zaman tapmısınız.

- Bəli, konsertdən sonra müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərimizin meracının baş verdiyi, müqəddəs Qurani-Kərimdə adı çəkilən, müsəlmanların ilk qibləsi sayılan Məscidül-Əqsa məscidini də ziyarət etdim. Xalqımıza əmin-amanlıq, sülh arzuladım. Bura müqəddəs yerlərdən biridir. Məscidül-Əqsa bizim dildə "Ən uzaqdakı məscid" mənasını verir. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur. Belə bir yerdə olduğum və ziyarət etdiyim üçün xoşbəxtəm. Hər kəsə buranı ziyarət etməyi arzulayıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2608   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949