Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni: Zəmanət verirəm ki... - VİDEO

Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni: Zəmanət verirəm ki... - VİDEO"Ukraynanın səsi" yarışması ilə məşhurlaşan müğənni Vaqif Nağıyev 80 yaşlı dünya şöhrətli ifaçı və aktyor Adriano Çelentano ilə eyni səhnəni paylaşıb.

BiG.AZ bildirir ki, "Ma Perke" kompozisiyasını təkrarolunmaz müğənni ilə duet oxuyan həmyerlimiz təəssüratlarını publika.az-a bölüşüb:"Dünya şöhrətli italyan müğənnisi ilə eyni səhnəni bölüşmək və onunla duet oxumaq mənim üçün böyük fəxrdir. Maestronun razılaşdığını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Təbii ki, həm də həyacanlı idim. Bildiyiniz kimi, bundan əvvəl İnqridlə azərbaycan dilində "Ümid yağışı" adlı mahnıya duet oxumuşuq, həmçinin Alessandro Safina ilə eyni səhnəni paylaşmaq imkanım olub. Amma dünənki konsertin yeri bambaşqa idi... Sevdiyim ifaçı ilə sevdiyim əsəri səsləndirmək daha yaddaqalan oldu. Çox sevindirici haldır ki, buna nail oldum".

Vaqif Nağıyev bildirib ki, Çelentanonun onu səhnəyə dəvəti xüsusi olub:

"Konsertin gedişatında maestro məni səhnəyə dəvət etdi. Duetə başlamazdan əvvəl haqqımda fərx hissi yaradan fikirlər söylədi. O, "Bizim çox mühüm bir qonağımız var. Onu sizə təqdim etmək çox xoşdur və zəmanət verirəm ki, möhtəşəm ifaçıdır. Bu axşam onunla birlikdə gözəl duet ifa edəcəyik. Sizin qarşınıza çıxacaq ifaçı çox istedadlı və bəyəndiyim müğənnidir. O, bir az italyanca da danışa bilir" deyə bildirdi. Bunu gözləmirdim. İfamızdan sonra isə "Ola bilsin ki, gələn ilki İtaliya turuna səni dəvət edim" , - deyə sözlərinə əlavə etdi. Bir azərbaycanlı kimi vətənimi, öz mədəniyyətimi və sənətimi digər ölkələrdə layiqincə təmsil etməyi özümə borc bilirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində, görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada "Qnesinıx" adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür. 2014-cü ildə isə "Ukraynanın səsi" yarışmasında iştirakı ilə yadda qalıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 836   Tarix: 04 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

TOP MP3