ABŞ və İran arasında danışıqların üçüncü raundu başlayıb - YENİLƏNİB

ABŞ və İran arasında danışıqların üçüncü raundu başlayıb - YENİLƏNİBİran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu İslamabadda Pakistanın vasitəçiliyi ilə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Bu mərhələ tərəflər üçün bir sıra məsələlər üzrə razılığa gəlmək baxımından "son şans" hesab olunur.

Danışıqlarda İran tərəfdən Məhəmməd Baqir Qalibaf, Abbas Əraqçı və Əli Baqeri, ABŞ tərəfdən isə Cey. Di. Vens., Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.

11 aprel, 22:24

İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar yenidən başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" Ağ Evin yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında təmaslar üzbəüz formatda davam etdirilir.

11 aprel, 21:12

İran və ABŞ nümayəndə heyətləri ekspert səviyyəsində birbaşa danışıqları yekunlaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Farhikhtegan" məlumat yayıb.

Məlumata görə, tərəflər hazırda müzakirə olunan məsələlərlə bağlı yazılı protokolların mübadiləsini aparırlar.

11 aprel, 20:00

İran tərəfi İslamabadda ABŞ ilə keçirilən danışıqların daha bir gün uzadıla biləcəyini istisna etmir.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri bir sıra məsələlər üzrə detallı və texniki müzakirələrə keçiblər.

Qeyd olunur ki, danışıqlar bir gün üçün planlaşdırılsa da, onların daha bir gün uzadılması ehtimalı var.

11 aprel, 18:18

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.

Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi - ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.

11 aprel, 17:12

Tehran ABŞ ilə İranın aktivlərinin dondurulması qərarının ləğv edilməsi və Livanda atəşkəs barədə danışıqlara başlamaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda Livan və İsrail arasında aparılan danışıqlar "Hizbullah" hərəkatının tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi məsələsini əhatə edəcək.

"Al Hadath" telekanalının məlumatına görə, ABŞ Livana aprelin 14-də Vaşinqtonda danışıqlar başlamazdan əvvəl İsrailin Beyrutu bombalamayacağına dair zəmanət verib.

11 aprel, 16:30

Pakistanda ABŞ və İran arasında danışıqların ilk raundu başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran müzakirələr zamanı öz şərtlərini açıqlayıb.

Bildirilib ki, İslam Respublikası Hörmüz boğazı üzərində nəzarəti əldə saxlamağı, münaqişə zamanı ölkəyə dəyən ziyana görə kompensasiya ödənilməsi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və uzunmüddətli atəşkəs razılaşması tələblərini irəli sürüb.

16:06

İslamabadda mühüm əhəmiyyət kəsb edən zirvə toplantısına start verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi informasiya yayıb.

Məlumata əsasən, Pakistanın paytaxtında Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar prosesi başlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1136   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 133
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 159
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 416
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

17:53 184
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

21:00 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

19:40 133
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

20:45 110
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

21:15 76
.