Azərbaycanda rüşvətxor prokuror və köməkçisinə cəza verildi

Azərbaycanda rüşvətxor prokuror və köməkçisinə cəza verildiŞəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorunun böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü. Abbasov doqquz il, F. Quliyev isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27" ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı, həmçinin Faiq Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən olunub.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

mənbə: oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 01 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

15:20 41
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 116
.

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya

11:40 105
.

ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib

ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa

15:40 0
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 158
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14:10 84
.

Qreta Tunberqə qarşı cinayət işi açılıb

Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını

12:10 109
.

Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb

Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla

10:20 117
.

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1

13:10 100
.

TOP MP3