Ziya Məmmədov DANIŞDI: "İndi istirahət edirəm"

Ziya Məmmədov DANIŞDI: "İndi istirahət edirəm"

"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.

BiG.AZ xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: "Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?"

"Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: "İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.

Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 616 Tarix: 11.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ramil_Hulk
Ramil_Hulk 11.10.2018
İşlədiyin vaxd olub ki


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər