Yuxusuzluqdan əziyyət çəkənlər üçün əsl dərman

Yuxusuzluqdan əziyyət çəkənlər üçün əsl dərmanHər fəsildə yetişən meyvələrlə qidalanmaq immun sistemin gücləndirilməsində əsas rol oynayır. Orqanizmi qışa hazırlamaq üçün onu payızda lazımi vitamin və vitaminlərlə təmin etmək lazımdır.

BiG.AZ bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin AZƏRTAC-a verdiyi məlumata görə, payızda yetişən meyvələrin hərəsi özündə bir qrup vitamin cəmləşdirir: "C qrupu vitaminləri ilə zəngin olan portağal soyuqdəymə, qrip və zökəmin dərmanıdır. Portağal özündə B vitamini, kalsium, maqnezium ehtiva edir, ürək xəstəliyi və iflicdən qoruyur, mədə xərçənginin qarşısını alır, dərini təravətləndirir. Tərkibindəki minerallar dəridəki qırışların yaranmasının qarşısını alır, qaraciyərin düzgün işləməsini tənzimləyir, həzmi asanlaşdırır. Hər səhər bir stəkan portağal şirəsi içmək gün ərzində gümrahlığı təmin edir.

Heyva əsasən ürək, qaraciyər, boğaz, mədə, göz və bağırsaq xəstəliklərində faydalıdır. Tərkibi protein, şəkər, A, B2, C vitamini, dəmir kimi minerallarla zəngindir. Uşaqların sağlam böyüməsi və inkişafını tənzimləyir, dərini və dırnaqları parlaqlaşdırır. Kərə yağında bişirilən heyva öskürəyin qarşısını alaraq tənəffüs yollarını açır. Onun çiçəyini qaynadıb içmək ürəyi cavanlaşdırır və başağrısının qarşısını alır. Yuxusuzluqdan əziyyət çəkənlər üçün heyva yarpağı əsl dərmandır.

Banan qan dövranını tənzimləyir, ürəyə və əzələlərə xeyirlidir, yüksək təzyiqin qarşısını almağa müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır.

Tərkibi A, B1, B2 və C vitaminləri ilə yanaşı kalium və maqneziumla da zəngin olan üzüm əsl şəfa mənbəyidir. Beyini enerji ilə təmin edən üzüm ağciyər xəstəliyi, əsəb pozğunluğu, yaddaş zəifliyi, qan azlığı, nəfəs darlığı və qaraciyər zəifliyinə müsbət təsir göstərir".

Bioloq-alim bildirib ki, alma ürək-damar xəstəliklərinin yaranma təhlükəsini 50 faiz azaldır: " Bu meyvə həzm sisteminin pozğunluğunu aradan qaldırır, qan şəkərini nəzarətdə saxlayır.

Armudun tərkibindəki vitaminlər böyrəkdəki daş və duzların təmizlənməsinə kömək edir, təzyiqi salır, qanı tənzimləyir. Revmatizmin müalicəsində faydalı təsir göstərir. Onu yeməkdən əvvəl qəbul etmək məsləhətdir.

Çox qüvvətli antioksidant olan zoğal qan azlığı və mədə xəstəliyinin dərmanıdır. Yarpaqlarından dəmlənmiş çay bədəni möhkəmləndirən vasitə kimi tövsiyə olunur. Qurudulmuş çəyirdəyini üyüdərək açıq yaranın üstünə səpilməsi tez sağalmaya səbəb olur. Təzə dərilmiş zoğal meyvəsindən hazırlanan sirop angina və sınqa xəstəliklərində yaxşı səmərə verir.

Xurma beynin məhsuldarlığını 20 faizə qədər artırır. Onun müntəzəm istifadəsi immun sistemini gücləndirir. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurma yemək ürəyin fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biridir. Xurma gözlərə, o cümlədən görmə qabiliyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərir.

Əncir ödqovucudur, qaraciyəri möhkəmləndirir. Süd içə bilməyənlərin əncir yeməsi məsləhətdir, çünki o tərkibindəki yüksək miqdarda kalsium sayəsində sümük və dişləri möhkəmləndirir. Ənciri astma və öskürək zamanı da yemək məsləhət görülür. Süddə bişirilmiş əncirin nəfəs yolları xəstəliklərində böyük faydası var. Bir dəfəyə təzə əncirin ancaq 300, qurusunun isə 120 qrama qədərini yemək olar. Müalicə məqsədilə yalnız əncirin meyvəsindən deyil, həm də yarpaqlarından istifadə edirlər. Yarpaqlarının cövhəri öskürək, bronxial astma və böyrək xəstəlikləri zamanı qəbul edilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1495   Tarix: 07 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388