Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.

Şirkətdən "Report"a verilən məlumata görə, şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı"nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Sınaq müddəti ərzində "Ookla" şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan cihazlardan "Speedtest" mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, "Bakcell" şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək "Speedtest" ballarını toplayıb. Bununla da təsdiq edilib ki, "Bakcell" şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb.

"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib: "Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. "Bakcell" şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. "Bakcell" bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərin ixtiyarına verməyə davam edəcək".

Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və "Bakcell" şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla ümumi 27.93 bal (Speed Score™) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb.

Ookla şirkətinin baş direktoru Douq Suttles bildirib: ""Speedtest Intellingence" məlumatları veb və mobil "Speedtest" platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq "Speedtest Intellingence"də öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr "Bakcell"in "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" olmasının bariz göstəricisidir. Bizim metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi qəbul olunur və bununla da biz "Bakcell" şirkətinin bu mükafata tam layıq olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi statusunu qazanması münasibətilə "Bakcell" şirkətini təbrik edirik".

Speedtest.net – İnternetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları dünyanın bütün ölkələrini əhatə edir. Ookla şirkətinin "Speedtest" mobil əlavəsi Google Play Store və App Store mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.

7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə ("Best in Test") adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-"Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıbAzərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıbAzərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıbAzərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıbAzərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 21 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

15:20 41
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 116
.

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya

11:40 105
.

ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib

ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa

15:40 0
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 158
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14:10 84
.

Qreta Tunberqə qarşı cinayət işi açılıb

Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını

12:10 109
.

Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb

Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla

10:20 117
.

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1

13:10 100
.

TOP MP3