Sağlam və parıltılı saçların sirri

Sağlam və parıltılı saçların sirriXanımlar gözəl və cəlbedici görünmək istəyirsiniz?

Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınızın da gözəl görünməsinə çalışmalısınız. Təbii ki, buna saçlarınıza xüsusi qulluq etməklə nail ola bilərsiniz. Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız?

Sizə bu işdə köməklik göstərmək məqsədilə topladığımız materialları təqdim edir.

Quru və normal saçlar üçün maskalar

Çörək maskası:
- Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın. Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.

Bal maskası:
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın. Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun.

Yumurta maskası:
- 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.

Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq.

Araq maskası:
- Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni ölçüdə götürün və saçlarınızı yuyun.

Yağlı saçlar üçün maskalar

Yoqurt, kefir, qatıq maskası:

- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.

soğan maskası:
- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.

Saçları qalın və hamar edən maska

Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
- Bal
- Konyak
- Zeytun yağı

Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxalayın. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.

Bütün saç növləri üçün maskalar

- Orta ölçülü qara turpu sürtgəcdən keçirin. Şirəni süzərək saçlara sürtün. Onları dəsmalla örtün və 30-40 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska

- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə edin. Hamısını yaxşıca qarışdırın və lap az yuyulmuş saça sürtün.
Maskanı 3-5 saat saxlayın, sonra isə şampunla yuyun. Sonda, saçlarınızı limon şirəsi ilə yaxalayın.

- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni ölçüdə) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə edin. Buda zədələnmiş saçların bərpası üçün əla vasitədir.

Saçları parıltılı edən maska

Aşağıdakı komponentləri qarışdırın
- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı çətənə yağı
- 1 xörək qaşığı badam və ya yoyoba yağı
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı alma sirkəsi

Bunları qarışdırın, tərkib duru alınarsa, onda yarım çay qaşığı nişasta əlavə edin. Maskanı saçlara sürtün və darayın. 15 dəqiqədən sonra maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözləyin. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yuyun. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5803   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl kefir və darçın içsəniz nə baş verər?

"Yatmazdan əvvəl kefirə darçın qatıb için" tövsiyəsini eşidən kimi çoxları sürətli arıqlama və yüngül səhər təsəvvür edir. Amma bu qarışıq sosial şəbəkələrdə deyildiyi kimi "möcüzəvi" təsir göstərmir. xarici mediaya istinadən xəbər verir ki, kefir və darçının birləşməsi həqiqətə

12.04.2026 652
.

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Böyük Britaniyada aparılan geniş tədqiqat "nə qədər uzun müddət idman etsək, bir o qədər sağlam olarıq" fikrinin yenidən nəzərdən keçirilməsinə səbəb olub. Qaynarinfo xəbər verir ki, araşdırmaya görə, ömrü uzadan əsas faktor idman zalında keçirilən saatlar deyil, qısa müddətdə ürək ritmin

07.04.2026 761
.

Ürək dayanmasının erkən əlamətləri - bir gün əvvəl nə hiss edirsiniz?

Həkimlər ürək dayanması təhlükəsini əvvəlcədən siqnal verə biləcək dörd əlamət müəyyən ediblər. Ürək dayanması həmişə qəfil və xəbərdarlıq edilmədən baş vermir. -ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, bəzi xəstələr kritik hadisədən bir neçə saat və ya hətta gün əvvəl bi

05.04.2026 463
.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. BİG.AZ xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbulu və duzlu qidaların çox istehlakı bu xəstəliyin riskini artıran əsas amillə

17.04.2026 568
.

Gündəlik rasionun 25 faizlik möcüzəsi: Depressiyadan qorunmağın ən asan yolu

Paxlalılar, dənli bitkilər və çərəzlərdən əldə edilən bitki mənşəli zülal qəbulunun 10% artırılması yetkin insanlarda depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. xəbər verir ki, bu nəticə "Nutrition Reviews" nəşrində dərc olunan elmi tədqiqatla öz təsdiqini tapıb. Araşdırma müəlliflər

12.04.2026 270
.

Gecə oyanıb tərpənə bilmirsiniz, sanki nəsə sizi boğur - Yuxu iflici nədir?

"Gecəyarısı yuxudan durursunuz, tərpənə bilmirsiniz. Bir barmağınızı belə hərəkət etdirə bilmirsiniz və sanki orada nəsə var. Kimsə sizin sinənizin üstündə oturub və sizi boğur". Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bu halın "yuxu iflici" olduğun

07.04.2026 605
.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib. xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırlar ki, qırmızı çuğundurda olan yüksək nitrat bədəndə nitrik oksidə çevrilərək damarlar

19.04.2026 585
.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicran Ercan Dikerin sözlərinə görə, saç tökülməsi ilk mərhələdə ciddi xəstəlik kim

05.04.2026 308
.

Qocalmanın qarşısını alan, arıqlamağa kömək edən yemək: Çox asan hazırlanır

Evdə asanlıqla hazırlanan ənənəvi Koreya yeməyi kimçi qocalmanı yavaşlada, immuniteti gücləndirə və arıqlamağa kömək edə bilər. Ölkə.az xəbər verir ki, mütəxəssislər kimçinin sağlamlıq faydalarını bölüşüblər. Yemək fermentləşdirilmiş tərəvəzlərdən hazırlanır. Ən çox çili bibəri, sarımsaq, zəncəfil, soy

06.04.2026 699
.

TOP MP3