"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırır

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırTibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.

Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.

"Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin", deyə Mədinə Əsədzadə bildirib.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırŞikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: "Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırırlar. Bizi onun adı ilə hədələyirlər".

Qubada fəaliyyət göstərən "Jamila Beauty and Laser" gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, "İnex" şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.

"Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib", deyə Gülşən Paşayeva bildirib.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırŞikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: "Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Dedilər ki, şirkət Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq".

Gülşən Paşayeva deyib ki, qalmaqal barədə Taleh Heydərov da məlumatlıdır. "Taleh Heydərovun köməkçisi mənə zəng vurmuşdu. Dedi ki, şirkətin ona aidiyyəti yoxdur. Mən də dedim ki, şirkət israrla onun adını çəkir və onun adı ilə məni hədələyib, pulu geri qaytarmır", deyə sahibkar vurğulayıb.

Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı "İnex" şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmə

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırırAraşdırmalarımız zamanı məlum olub ki, "İnex" şirkəti vergi sistemində "İnex" MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. "İnex" MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Şirkətin Kəmaləddin Heydərova, yaxud da oğlu Taleh Heydərova məxsusluğuna dair hər hansı fakta rast gəlinmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sıfır bal ən çox bu fənlərdən toplanıb

Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Axşam.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlar

16:30 112
.

Bakıda yanğın baş verib

Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. "Əlavə məluma

19.06.2026 251
.

Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü

Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb. xəbər verir ki, yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişə

19.06.2026 230
.

Qazaxıstanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, üç nəfər ölüb

Qazaxıstanın Aktobe şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Kazinform" agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ölənlər arasında iki uşaq var. "Yanğının söndürülməs

16:10 108
.

İqtisadçı: Büdcə xərclərinin azalması iqtisadi dövriyyəni zəiflədib

İqtisadçı Natiq Cəfərli ölkədə müşahidə olunan iqtisadi durğunluğu şərh edib. xəbər verir ki, onun sözlərinə görə, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları eyni problemi qeyd edirlər - dövriyyədə pul və likvidlik azalıb, satış və sifarişlərdə kəskin eniş müşahidə olunur. Cəfərli bildirir ki

19.06.2026 249
.

İran Hörmüzlə bağlı məlumatları təkzib etdi

İranın Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib. xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib. "Bu marşrut üzrə gəmiçilik davam edir", - İran XİN-in nümayəndəsi vurğulayıb. Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bild"

13:30 140
.

Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı

Şəmkirdə evdə meyit aşkarlanıb. apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvi

10:45 179
.

Kamçatka sahillərində güclü zəlzələ baş verib

Rusiyanın şərqində, Kamçatka sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 140 km şərqdə yerləşib. Zəlzələni

12:15 148
.

Luvrun direktoru həyəcan təbili çaldı

Luvr Muzeyinin direktoru Lorans de Kar dünyanın ən məşhur muzeyinin ciddi infrastruktur böhranı yaşadığını bəyan edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, muzey rəhbərliyi mövcud vəziyyətin təcili olaraq dəyişmədiyi təqdirdə kompleksin normal fəaliyyətinin bərpaolunmaz dərəcədə təhlük

15:50 122
.

TOP MP3