Oqtay Əsədov: "AŞPA-nın Səməd Seyidovla bağlı qərarı ədalətsizdir"

Oqtay Əsədov: "AŞPA-nın Səməd Seyidovla bağlı qərarı ədalətsizdir""Azərbaycanın bəzi "vətənpərvər"ləri bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanskiya qoyulmuşdu".

BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər: "Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar".

O.Əsədov xatırladıb ki, AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: "Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım, dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclasları Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək".

Spiker vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: "Bu da onların qərəzli olmasından xəbər verir".

Deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına etiraz bəyanatının göndərilməsini təklif edib.

O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: "Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunmalıdır və paylanılmalıdır".

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir: "O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: "Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 573   Tarix: 18 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774