Bako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLAR

Bako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLARKazımov Temirxan Daşdəmir oğlu uzun illər Xankəndində yaşayıb və orada Universamın direktoru vəzifəsində çalışıb. O, işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan cinayətkar rejimin "prezidenti" Bako Saakyanla qonşu olub.

Hətta Saakyan doğulanda onu xəstəxanadan Temirxan müəllim gətirib. Bunun necə baş verdiyini AzVision.az-a müsahibəsində xatırlayır:

- Bahadır (Bako) mənim qonşum olub. Onlar Sabir küçəsi 23-də, bizimlə yanaşı yaşayırdılar. Bacısından sonra onun 3 qardaşı dünyaya gəlib və hər üçü də bir neçə aylıqlarında tələf olublar.

O vaxtlar rəhmətlik dayım Vəli Məmmədov "Qorispolkom"un baş mühasibi işləyirdi. Mən balaca idim, 7 yaşım olardı. Bako dünyaya gələndə dayım gəldi mənə dedi ki, "Teymur, sənə bir iş tapşıracağam. Səni maşına qoyub, xəstəxanaya aparacaqlar, bir uşaq verəcəklər, sən o uşağı qucağına alıb, Sara bibinin evinə gətirəcəksən. Sara bibi səni qarşılayacaq. Deyəcək ki, nə versəm, bu uşağı mənə verərsən? Sən də "2 min manat" deyərsən. Uşağın adın da soruşacaq, deyərsən ki, adını Bahadur qoymuşam".

(Robert Koçoryan, Monte Melkonyan, Bako Sahakyan və Samvel Babayan)

Bir neçə gün keçdi. Bakonun atası Saakyan Saak Ayrapetoviç maşını qapımızda saxladı və mənə dedi ki, gəl otur maşına, doğum evinə gedirik. Xəstəxanda bir ağ xalatlı tibb bacısı gətirib bələkdə olan uşağı qucağıma verdi. Onların evinə gəldik. Sara bibi bizi qarşıladı və dedi ki, Teymur, bala, nə versəm uşağı mənə verəsən? Uşaq da mənim qucağımda idi. Dedim ki, 3 min. O, sakitcə mənə 3 min rubl verdi. Soruşdu ki, bu uşağın adı nədir? Dedim ki, Bahadur.

(Bako Saakyan və Həyat yoldaşı )

Onlarla çox mehriban qonşuluq əlaqələrimiz olub. Bayramlarda bir-birimizin evinə qonaq gedərdik. Hər Novruz bayramında Bakonun anası bizə xonça gətirərdi, sonra da anam o xonçanın qabını dolduraraq, geri qaytarardı. Aramızda kirvəlik yaranmışdı. Necə ki, xaçpərəstlərdə "xaç atası" deyilirdi, mən də onun kirvəsi idim.

- Bako necə bir uşaq idi?

-Onu hamı nəşəxor və qumarbaz kimi tanıyıb. Deyəsən elə indi də köhnə vərdişlərindən əl çəkməyib. Avaranın biri idi. Xankəndindəki ət kombinatının dəri sexində dəri aşılayan fəhlə idi. Müdiri də narkotik aludəçisi idi. Sonralar eşitdim ki, Bako guya Xankəndində hüquq təhsili alıb, institutu bitirdikdən sonra qondarma rejimin Moskvadakı nümayəndəliyində işə girə bilib. Orada isə Dağlıq Qarabağda çox məşhur olan İsaqulovla tanış olub. O, vaxtilə Muxtar Vilayətin prokuroru idi. Təsəvvür edin ki, 1988-ci də dəri aşılayan "nəşəxor" bir fəhlə 10 il sonra vəzifəyə gətirilir.

Bako bir dəfə utanmadan dedi ki, Dağlıq Qarabağda azərbaycanlılar yaşamayıb. Mən də ona xəbər göndərdim ki, səni qucağımda gətirib, 3 min manata anana verdiyim nə tez yadından çıxdı, ay Bako?

Bako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLARBako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLARBako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLARBako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLARBako Saakyanı doğum evindən çıxaran azərbaycanlı – MÜSAHİBƏ / FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1874   Tarix: 08 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795