Anar Nağılbazın videosuna baxmaq istəyənlər

Anar Nağılbazın videosuna baxmaq istəyənlərBaşlığı oxuyub, pornoya baxmağa gələn hörmətli oxucu, sənə sözüm var.

Rejissor olsa da, həyatı, xüsusilə sonları başqaları tərəfindən çəkilən reper oynadığı filmdə izləyənlərin qarşısına porno ulduz kimi çıxdı - görüntülər sürətlə sosial-şəbəkələrdə yayıldı. Bu dəfə Anar gəncləri reper kimi yox, aktyor kimi şəhvətə gətirə bildi.

Yapon atalar sözü var, "Qızılı odla, qadını qızılla, kişini qadınla sınayarlar".

"Qızlar mənə baz deyirlər… elə hey yaz deyirlər" - sözləri dilindən düşməyən Anar Nağılbazı qadınla sınamaq çətin olmadı. Sonunu istədikləri kimi yazıb ölüm hökmünə imzanı da atdılar. Özü də harada, baz-lıq-da…

Bu yerdə haşiyə çıxmaq istəyirəm. On dörd il əvvəl yayımlanan "Popstar" müsabiqəsinin iştirakçısı Bayhan ilə o zaman münsif üzvü olan Dəniz Səki arasında gərgin anlar yaşanmış, Dəniz Səki Bayhanı həbsdə yatdığı bəhanəsi ilə sərt tənqid etmişdi: "Bir popstar cinayət işləyə bilməz. Həbsə girən adamdan sənətçi olmaz. Bunları cəmiyyətdən qovmalıyıq". On il sonra isə narkotik maddələrin ticarəti ilə məşğul olduğu üçün Dəniz Səki həbs olundu. Oxşar hadisələrə tez-tez rast gəlinir, onlardan biri də Hüseyn Dərya və Anar Nağılbaz polemikasıdır.

Müsahibə zamanı Hüseyn Dərya haqqında narkotik istifadə etdiyi üçün xalqa pis nümunə olduğunu deyən Anar Nağılbazın bu gün porno görüntüləri yayılırsa, ondan daha yaxşı nümunə olduğunu deyə bilərikmi?

Ümumiyyətlə, insanların intim həyatı bizə niyə maraqlı olmalıdır? Şəxsi həyata müdaxilə nə qədər doğru və yolveriləndir? Əvvəla onu qeyd edim ki, Anar və digərləri ictimai fiqur olduğu üçün insanlar təkcə onları sevmir, həm də həyat tərzlərini mənimsəyirlər. Həmin şəxslərin yaxşı nümunə olması şərtdir və bu meyarları müəyyən qədər də ictimai qınaq formalaşdırır. Lakin bəzi sərhədlər var ki, onlar gözlənilməlidir, əks halda ictimai qınaq dağıdıcı ola bilər.

Onu da əlavə edim ki, görüntülərin yayılması şəxsi həyata müdaxilə olduğu üçün cinayət məsuliyyəti daşıyır. Hətta Anar Nağılbaz ictimai nüfuzuna vurulan zərərə görə 25-35 min manat tələb edə bilər.

Bundan başqa Elariz, Röya və digərlərinin erotik görüntüləri də heç kimə yad olmamalıdır. Bilməyənlər "google" müəllimdən soruşa bilərlər. Təbii ki, sözügedən mənzərə xoşagələn deyil, amma sənəti şəxsin intim həyatına qurban vermək olmaz. Bu fikirlə söhbət Röyadan və digərlərindən düşəndə çoxları razı olur. "Məni şəxsi həyatı yox, sənəti maraqlandırır" deyirlər. Söhbət niyə Anara gələndə eyni fikirdə olmurlar? Tənqid, təhqir, ələ salmalar… Hələ özü bir şəxsiyyət olmayanlar Anara atmaca atır, ələ salmağa, aşağılamağa çalışırlar. Bəzi "xəbər" saytları Anarla bağlı xəbər yazanda ən iyrənc başlıqlara əl atırlar. "Anarın yeni videosu yayıldı" adı ilə müsahibəsini, "Anar dilinin bəlasına düşdü" başlığı ilə isə efirdə dalaşmasını yaydılar.

Azərbaycandilli rep albomlarından sonra "Repin Atası" qəbul olunan Anar digərlərindən həm də ona görə fərqlənir ki, ondan sonra gələnlər ona baxıb öyrənsə də, onun baxıb öyrənəcəyi kimsə yox idi.

Atası millət vəkili olduğu halda rahat həyatı qoyub xalqın yanında dayanan, sosial mövzularda rep deməkdən çəkinməyən Anarı indi bu xalq niyə qəbul etmir? Anar elə həmin Anardır, həyatının 20 ilini bu sənətə, bu xalqa həsr etmiş, oxuyub yazmağı hələ dörd yaşında özü öyrənmiş balaca uşaq…

Unutmaq lazım deyil ki, hər kəs səhv edə bilər. İnsan bir səhv edəndə yox, bir səhvinə görə bütün doğruları silinəndə pis insan olur. Azərbaycan rep sənətinə verdiyi töhvələrə görə tarixə adını qızıl hərflərlə yazan Anarı cəmiyyətdən təcrid etmək yox, onu qəbul etmək, problemi araşdırıb kökündən həll etmək lazımdır. Çünki təcrid olunan hər kəs uçuruma sürüklənməyə məhkumdur və bunda təkcə onun yox, hamının əli var.

Sonda Anarın "Fahişə" treki, xüsusilə iki misrası yadıma düşür: "Hər gecə bir çarpayıdır, indi yurdun, vətənin" - dilini fahişənin vətəninə pənah aparan reper, görünür, hələ uzun müddət vətənsiz qalacaq…

Xalqın gözü səngər deyil, amma qınaq atəşinə tutan çox olur. Mən bu yazıma "Anar Nağılbazın videosuna baxmaq istəyənlər" başlığı qoydum, çoxunuz videoya baxmaq üçün yazıya daxil oldunuz. Çünki sizə kimlərinsə yataq görüntüsü, intim həyatı dəhşətli dərəcədə maraqlıdır.

Yeri gəlmişkən, atəşkəs pozulub, itki var - ölən 1974-cü il təvəllüdlü, Bakı şəhəri sakini Cəbiyev Anar Rizvan oğludur…

Fərid Özay / minval.info


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5144   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zərərin ödənilməsi cinayət məsuliyyətini aradan qaldırırmı?

"Vətəndaşlara qarşı hər hansı dələduzluq əməli törədildikdə hüquq-mühafizə orqanları müvafiq araşdırma aparır və dəymiş zərərin məbləğinə uyğun olaraq əməli törədən şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını

14:41 175
.

Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai

12:56 219
.

"Onlar imperatorlardır" - Lukaşenkodan maraqlı açıqlama

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini və ABŞ Prezidenti Donald Trampı "böyük insanlar" və "imperatorlar" adlandırıb. xarici mediaya istinadən xəbər verir ki, o, bu fikirləri RT jurnalisti Rik Sançezə müsahibəsində səsləndirib. "Bilirsiniz, mən Donal

11:31 229
.

Hüseyn gündəm üçün yalandan toy xəbəri yaydı

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov paylaşımına görə tənqid olunub. Axşam.az xəbər verir ki, o, izləyicilərini aldadaraq özünü evlənmiş kimi göstərib. Dostları paylaşım edərək, onu toy münasibətilə təbrik edib. Hüseyn ağ geyimdə xanımla görüntülərini yayımlayıb. Amma əslində olan isə onun dostunu

11:51 336
.

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq. xəbər verir ki, bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib. Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfində

14:38 233
.

70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlə

16:47 115
.

Həkim ürəyi dayanan xəstəni həyata qaytardı - Video

Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytara bilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində lentə alındığı bildirilən görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntülərdə həkimi

16:06 193
.

Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nə üçün nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab verməsini gözləyir. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gənclər və İdman Nazirliyində çıxışı zamanı deyib

19.04.2026 470
.

Gürcüstanda 24 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu haqda Gürcüstan mediası nəlumat yayıb. Bildirilib ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub. Aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birg

11:58 344
.

TOP MP3