Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: "Azərbaycan hücuma hazırlaşır"

Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: "Azərbaycan hücuma hazırlaşır"Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən 6-cı qurultayı zamanı tarixi torpaqlarımız - İrəvan, Göyçə, Zəngəzurla bağlı verdiyi bəyanatlar Ermənistanda əməlli-başlı qorxu yaradıb, Rusiyada isə çaşqınlığa səbəb olub.

Ermənistanın qorxuları barədə dəfələrlə erməni KİV-lərinin özü yazıb, Kremlin etirazı isə daha çox özünün regiondakı bir nömrəli müttəfiqinin xeyrinə hesablanıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan prezidenti İlham Əliyevin "İrəvan bizim tarixi torpağımnızdır" deməsinə reaksiyası belə olub:

"Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir (prezidentin İrəvan açıqlaması - red.) gərginliyin azalmasına xidmət etmir".

Ölkə başçısı İlham Əliyev YAP-ın qurultayında bildirib ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq.

"Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" – prezident İlham Əliyev çıxışı zamanı belə bildirmişdi.

BiG.AZ xəbər verir ki, Modern.az-ın məlumatına görə, Ermənistanın ekspert çevrələri bu bəyanatdan sonra ölkələrinin ordu potensialını artırmağa çağırıb, hətta bəziləri qeyd edib ki, Ermənistan silahlı qüvvələri modernləşməsə, Azərbaycan nəinki Qarabağı, Zəngəzuru da geri alacaq.

Bu müzakirələr fonunda isə Ermənistanın veteran kəşfiyyatçısı Vova Vordanov qeyd edib ki, İlham Əliyevin bəyanatlarını ciddiyə almaq lazımdır.

Onun sözlərinə görə, Azərbaycanın strateji taktikasını anlamaq lazımdır:

"Biz anlamalıyıq ki, Azərbaycan Sevana qədər haradan çatacaq. Azərbaycan ordusu Gexarxunikə Daşkəsən və Gədəbəydən daxil olmalıdır?"-deyə kəşfiyyatçı qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hərbçiləri anlayır ki, Azərbaycan bu istiqamətlər üzrə hücum hazırlayır.

"Əgər Azərbaycan Sevana daxil olmaq istəyirsə, o zaman birinci Gexarxunikə hücum etməlidir. Əgər İrəvana girmək istəyirsə, o zaman hücum Naxçıvandan ola bilər" – Vova Vordanov qeyd edib.

O vurğulayıb ki, Naxçıvandan hücum olsa, Ermənistan üçün bu, baha başa gələcək:

"Çünki Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib. Onlar qismən hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm".

Vova Vordanov qeyd edib ki, Ermənistan Azərbaycanla real döyüşlərə hazır olmalıdır və əgər belə olmazsa, Ermənistan əlində olan ərazilərə nəzarəti itirə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 727
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

15:42 113
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 151
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 315
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 664
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 146
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

20:30 100
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

21:26 129