Mətanət Əsədova şərt qoydu: "Mənə elçi gələn bilməlidir ki..."

Mətanət Əsədova şərt qoydu: "Mənə elçi gələn bilməlidir ki..."

Tanınmış müğənni Mətanət Əsədova ailə həyatı qurmaq istəyindən danışıb.

Milli.az-a açıqlama verən məşhur hələ də seçim etmədiyini bildirib.

"Mənə elçi gələn fikirləşməlidir ki, 100 faizlik bir xanımam. Heç olmasa məni sevən insan 50 faiz olmalıdır. Bəzən valideynləri ilə elçiliyə gəlirlər. Mən axı uşaq deyiləm. Sevgini çox ucuzlaşdırıblar. Sevgi Allaha gedən yoldur, hər insan bunu daşıya bilməz. Bir dəfə palçığa batmışam, ikinci dəfə batmaq istəmirəm. Qarşımdakı insan bilməlidir ki, mənim atam, anam yoxdur. O mənə hər mənada dəstək olmalıdır. Mənim seçilən vaxtım deyil, indi mən seçirəm", - deyə müğənni bildirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1682 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AykaKami
AykaKami 15.02.2018
Ikiuzlu insanlardan biri


 
Yusif1967
Yusif1967 15.02.2018
Ne oldu indi berk geden oldun?


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər