Oğlanı qıza, qızı oğlana çevirən genetik anomaliyalar - Valideynlərə XƏBƏRDARLIQ

Oğlanı qıza, qızı oğlana çevirən genetik anomaliyalar - Valideynlərə XƏBƏRDARLIQSöhbət hansısa cinsi azlıqlardan və cinsiyyəti qəsdən dəyişməkdən getmir. Bu tibbdə nadir genetik sindromlardır. Dünyada insanın cinsini təyin etməkdə çətinlik yaratmasına səbəb olan 3 genetik sindroma rast gəlinir.

TERNER sindromu

Sağlam insanlarda cinsiyyətin təyini üçün iki xromosom uyğunluğu yoxlanılır: X - X - qızlar üçün, X- Y oğlanlar üçün.
Əgər qızda bir X xromosomu varsa, o Terner sindromludur. Hər 2500-3000 uşaqda bu anomaliya rastlana bilər.
Terner sindromlu insanların orqanizmi qadın tipi kimi inkişaf edir, lakin cinsiyyət üzvləri və ikincili cinsi əlamətlər tam qadında olduğu kimi olmur.
Bu qadınların yumurtalıqları fəaliyyət göstərmir. Buna görə orqanizmdə qadın hormonu olan estrogen çatışmazlığı yaranır. Yetkinlik yaşında bu qızlarda normal menstruasiya olmur, süd vəziləri böyümür.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, sindrom barədə şübhələr qız uşaqları yetkinlik yaşına qədəm qoyanda başlayır. Çünki o vaxta qədər körpədə heç bir dəyişiklik görünmür və o normal qış uşağı kimi qəbul olunur. Bir neçə zahiri əlaməti var: qısa boyun, geniş döş qəfəsi, qalın boğaz, bilək və dabanın şişkinliyi.
Əgər yetkinlik yaşa qədər hormonal terapiya başlansa, qızda süd vəzisi yarana və uşaqlıq böyüyüb normal qızlarda olduğu səviyyəyə çata bilər.
Bu qızların hormonal müalicəsi və dərman qəbulu menopauza dövrünə kimi davam edəcək. Həmçinin boy artımı hormonu da qəbul olunmalıdır.
Terner sindromlu qadınlar digər normal qadınlar kimi yaşayıb çalışıb, ailə qura bilər. Amma süni mayalanma və ya donor yumurtaları ilə hamilə qalacaq. Bİr də ürəyi ilə bağlı problemlər çox olduğundan helə insanlar sağlamlıqlarının qeydinə qalmalıdır.

KLAYNFELTER sindromu

Oğlanlarda X-Y xromosomları ilə yanaşı əlavə bir X xromosomu da yaranır. Bu çox geniş yayılmış anomaliyadır və 500 uşaqdan birində rast gəlinir.
Bu sindromla doğulmuş oğlan uşaqlarında digərlərinə nisbətən üzdə və bədəndə tükləri gec və zəif çıxır, əzələ kütləsi zəif olur, cinsi orqan və xayalar kiçik olur.

Yetkinlik dövründə süd vəzisi qadınlardakı kimi inkişaf edə bilər - buna ginekomastiya deyilir.
Bu sindrom da çox gec hallarda, artıq uşaq böyüyüb 14-15 yaşına çatanda daha çox nəzərə çarpır. Daha çox oğlan cinsi həyata başlayanda qarşılaşdığı problemlərlə və uşaq sahibi ola bilməyəndə üzə çıxır. Bu oğlanlarda testosteron səviyyəsi aşağı, libido və ereksiyası zəif olur. Əksəriyyəti sonsuzdur, çünki lazım qədər spermatozoid istehsal olunmur.

Vəziyyəti korrektə etmək üçün yemə də hormonal terapiya - testosteron qəbulu lazımdır. Nə qədər tez və erkən yaşda başlansa, bir o qədər yaxşıdır. O zaman oğlan uşağı digər həmyaşıdları kimi normal inkişaf edəcək. Süd vəzilərini korrektə etmək üçünsə plastik əməliyyat gərək ola bilər.

ANDROGENLƏRƏ QARŞI hissiyatsızlıq sindromu
Bu çox nadir anomaliyadır, 20.000 yenidoğulmuşda bir rast gəlinir. Bu sindromla doğulan insanda Y xromosumu olur, genetik olaraq kişidir, amma böyüdükcə qız tipinə çevrilir. İş ondadır ki, bu sindromda insan kişi cinsi hormonlarına qarşı hissiyyatsız, tələbatsız olur. Nəticədə onların qadın xarici cinsi orqanları inkişaf edir, amma daxildə yumurtalıq və uşaqlığı olmur.

Mutant gen anadan uşağa keçir. Əslində qadında olan bu gen qadına heç bir təsir etmir, amma bu qadından doğulacaq oğlan uşaqlarına təhlükədir. Bu hallarda doğulmuş uşağı valideynlər qız kimi bilib, qız kimi böyüdür, amma qız yetkinlik yaşına çatıb menstruasiya olmadıqda hər şey aydın olur. Bəzən belə uşaqların həm vaginası, həm də penisi olur. Bu halda valideynlər seçim etməlidir: ya uşağı oğlan kimi böyütməli,ya da qız kimi. Bundan sonrakı hormonal terapiya və əməliyyatlar da buna uyğun həyata keçiriləcək. Uşaq böyüdükcə valideynlərinin bu seçiminə alışır və əgər heç nə bilməsə normal şəkildə də yaşayır, yəni özünü qadın və ya kişi kimi hiss edir. Lakin bəzən olur ki, uşaq yetkin yaşa çatanda özlərini başqa cinsə mənsub kimi hiss edə bilər. Buna gender disforiyası deyilir. Belə olan halda cinsiyyəti dəyişmək barədə düşünə bilərlər.

Bu sindromda insanlar normal oxuyub, işləyib, normal həyat sürə bilər. Amma ömürlərinin sonuna kimi hormonal preparatlar qəbul etməlidir. Yeganə problem uşaq sahibi ola bilməməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2474   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2909
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 960
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1266
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 644
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 761
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13116
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 840
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1202
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 405