30 il boyunca uşağı kimi baxdığı ağacı kəsilən adamın intiqamı

30 il boyunca uşağı kimi baxdığı ağacı kəsilən adamın intiqamıSahibi tərəfindən Clyde adı verilmiş bir ağac ABŞ-ın Kaliforniya əyalətində Renando Beach bölgəsindəki yerindən kəsiləli 4 il keçib. Clyde, bir fidan olduğu andan bəri sevilərək yetişdirilən bir ağac idi. Reddit platformasında bu ağac haqqında inanılmaz bir hekayə təqdim olunub. Ağacın sahibi dövrün bələdiyyə başçısına hirsli məktub yazmışdı.

BiG.AZ xəbər verir ki, bu yazı, Reddit-də birlik qaydalarından birini pozduğu üçün qaldırılıb. Lakin qısa müddətdə internetin marağını çəkib. Qəti bir qaynaq tapıla bilmədiyi üçün bir çox xəbər saytı hekayəyə yer verməkdən çəkinib.

Özü professional bir "arborist" olaraq tanınan Clyde-in sahibi olan yaşlı adamın adı açıqlanmır. Lakin təqdim olunan yazıda, yaşadığı hüznün və bu hüznün üzərinə götürdüyü intiqamın ölçüsü ürək sızladır. Hekayə 2017-ci ildə iyul ayında yayılıb və təqdim olunduğu dövrdə Clyde-in torpağından ayrılması üzərindən 3 ilə qədər zaman keçib. Sahibi isə yer üzündə çətin tapacağınız növdə insanlardandır.

Dövrün bələdiyyə başçısı Steve Aspel, ümid edirik bu məktubdan hər kəs kimi dərs çıxartmışdır:

"Salam hörmətli bələdiyyə başçısı,

Bu gün bu məktubda sizə ölüm, doğum və intiqamdan bəhs edən bir hekayə danışacağam. 3 il əvvəl bu gün, sizin başçılıq etdiyiniz Redondo şəhər məclisi, evimin qarşısında böyüyən 30 yaşlı bir ağacı kəsmə qərarı aldı. Bunun tək səbəbi ağacın köklərinin səki üzərinə çıxmağa başlamasıydı. Bu gerçək bir problem deyildi. Bundan əlavə, baxımını nizamlı olaraq etdiyim ağacın evimin qarşısında olmasından ötəri, ağac kəsmə xərclərini də "qanun gərəyi" mənə ödətdilər. O ağaca həqiqətən ailəmdən biriymiş kimi baxmışdım. Lazım olduğu zaman gübrələdim, həşəratlardan qorumaq üçün ona dərmanlar verdim. Bir fidan ikən dik dayana bilməsi üçün ona dəstək oldum. Zamanla böyüdü və çox güclü bir ağac oldu. Övladı öz ayaqları üzərində dayanmağa başlayan bir ata kimi qürurlu idim.

Mən bu dünyadan ayrıldıqdan sonra belə, arxamda canlı və yaşayan bir xatirə qoyub getməyin verdiyi xoşbəxtliklə həyatımın son illərini keçirirdim. Ancaq sizlər, uşağım kimi gördüyüm ağacımı öldürdünüz. Bununla da kifayətlənməyib, cəlladının ödənişini də mənə ödətdilər. 3 il əvvəl siz mənim övladımı öldürdünüz!

Siz ağacımı kəsdikdən 5 ay sonra, şəhərin bələdiyyə səlahiyyəti altında müxtəlif yerlərinə, 45 ədəd Redwood Kaliforniya şamı və 82 ədəd nəhəng Sekoya ağac əkdim. Bəlkə bilmirsiniz, ancaq əkdiyim bu ağacların xüsusiyyəti nəhəng ölçülərdə olmaları və boy atmağa başlamazdan əvvəl torpağa kök salmalarıdır. Siz bu məktubu oxuduğunuz anda, çöldən kiçik görünən o ağaclar, torpağa doğru 10 metrə yaxın kök saldılar belə. Qarşımızdakı aylarda fəsil şərtləri lazımınca, ağlasığmaz bir sürətlə uzanmağa başlayacaqlar və boyları zamanla 70 metrə qədər dayanacaq.

Siz o gün, görməməzlikdən gələ biləcəyiniz bir problemi özünüzə vəzifə əldə edib ağacımı kəsmişdiniz. Bu gün isə bələdiyyə nəzarəti altında olan yerlərdə, 100-ə yaxın nəhəng ağac böyüməkdədir. Bu ağacları da elə mənim ağacım kimi asanca söküb ata bilmərsiniz.

Yaxşı günlər, hörmətli bələdiyyə başçısı. Yalnız kökü səkiyə çıxdı bəhanəsiylə kəsdiyiniz o ağacın, bu gün 100 ağac olaraq geri döndüyünü sizə bildirmək üçün bu məktubu yazdım. Həyatımın son günlərində sizə ağac dolu bir şəhər buraxıram.

Bu da mənim intiqamımdır."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2027   Tarix: 10 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086