"Hava soyuq olanda ərim uşağın ağlamağını eşitməsin deyə, onu çöldə yatızdırırdım..."

"Hava soyuq olanda ərim uşağın ağlamağını eşitməsin deyə, onu çöldə yatızdırırdım..."Hər gün uşağımı döyürdü. Bir gün soyuq havada uşağı döyüb, qapıdan çölə qoydu...

BiG.AZ xəbər verir ki, bunu teleqraf.com-a atası tərəfindən döyülən körpənin anası Rəna Seyidova danışır.

Rəna Seyidova (ad şərtidir) 36 yaşında ailə həyatı qurub. Amma xoşbəxtliyi uzun çəkməyib:

"Ailəm həyat yoldaşıma ərə getməyimə razı deyildi. Çox fikirləşdim. Nəhayət, qərar verdim ki, onu sevirəmsə, ailə həyatı qurum. Beləcə, qoşulub qaçdım və biz rəsmi nikaha daxil olduq. Çörək sexində işləyirdim. Sakit həyat tərzimiz vardı. Hamilə olandan sonra işdən ayrıldım".

Bir müddət cütlüyün evlilik həyatı normal qaydada davam edib. Amma uşaq olandan sonra hər şey dəyişib.

Rəna Seyidova deyir ki, əvvəllər yoldaşı ilə münasibətləri yaxşıymış:

"Düzdür, arada söz-söhbətimiz olurdu, amma barışırdıq. Normal qaydada yaşayırdıq. Həyat yoldaşım məni heç vaxt döyməzdi. Uşağımız dünyaya gələndən sonra o, tamam dəyişdi. Sanki başqa bir adama çevrildi. Uşaq ağlayan kimi yoldaşım onu məndən alır, çəkələklə döyürdü. Daha sonra qapıdan çöldə saxlayırdı.

Ona yalvarırdım ki, uşağı vurma, amma sözlərimə heç bir məhəl qoymurdu. Psixoloji problemləri yaranmışdı.

Uşaq ağlayan kimi ilk işi onu döyməkdə, oyuncaqlarını sındırmaq olurdu. Hava soyuq olanda uşağın ağlamağını eşitməsin deyə, onu çöldə yatızdırıb, otağa gətirirdim".

Həmsöhbətim uşağının döyülməsinə dözməyib və atası evinə qayıdıb:

"Bir dəfə ata evimə gəldim. Bacılarım dedi ki, daha geri qayıtma. Yoldaşım gəlib üzr istədi. Yalvardı ki, bir də etdiklərini təkrarlamayacaq. Düşündüm ki, gec ailə qurmuşam, kənardan hərə bir söz deyəcək. Ailəmi dağıtmayım.

Bir müddət həyat yoldaşım bizimlə yaxşı davrandı. Yenidən hamilə qaldım. Yoldaşım yenə uşağımı döyməyə, məni təhqir etməyə başladı. Qızımı da çox incitdi. Mənə deyirdi ki, uşağa yemək vermə. Bir gün gecə uşaq ağladı və o əsəbiləşdi. Əmziyinin başını kəsdi və gizlətdi. Uşaq səhərə qədər ağladı...

Bir dəfə uşağımı necə vurdusa, burnundan qan açıldı. Onu incitməyinə dözməyib, 7 aylıq hamilə ola-ola qızımı da götürüb, evdən ayrıldım. Ata evimə də qayıda bilmədim. 3 gün tanış, 5 gün qohum evində, yanımda azyaşlı uşaqla yaşadım...

Çox stress keçirtdim. Daha sonra "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinə gəldim. İkinci övladım erkən, 7 aylıq doğuldu. Allaha çox yalvardım ki, bircə uşağa heç nə olmasın. Balam 3 gün həyatda yaşamaq üçün mübarizə apardı. Gücü yetmədi. 3 gün sonra öldü".

Rəna Seyidova deyir ki, o, sığınacağa yerləşəndən sonra həyat yoldaşı onu axtarıb:

"Rəsmi nikahdayıq. Mənə dedi ki, barışaq, dəyişəcəm. Amma mən boşanacağımı bildirdim. Mən uşağımı və canımı götürüb qaçmışam. Məni döysəydi, dözərdim, amma körpəni döyməyinə tablamadım. Həyat yoldaşımın valideynləri yoxdur, baldızları da evliliyimizə mane törətmirdilər. Sığınacağa gəlməyimdən xəbərlərinin olub-olmadığını bilmirəm".

Qadın deyir ki, uşağı əməliyyat olunacaq:

"Boğazında problem var. Əməliyyat olunacaq. Daha sonra kirayə ev tutub, iş tapıb, qızımla yaşayacam. Döyülmək, yenidən təhqir olunmaq istəmirəm. Təzə-təzə burda qalanda gecələr qorxurdum ki, yoldaşım bu dəqiqə gəlib bizi öldürəcək.

Mən heç bir məktəb bitiməmişəm. Təmizləyici işləri edəcəyəm, amma qızımla sakit ömür yaşayacağam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1621   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 417
.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

11:53 7
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 176
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

16:12 194
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 514
.

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcək. xəbər verir ki, Paşinyan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini deyib. "Görüş zamanı biz həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri

07.05.2024 261
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

11:20 233
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 392
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

07.05.2024 299