105 yaşında ölən yapon həkimdən 8 tövsiyə - Uzunömürlü olmaq üçün

105 yaşında ölən yapon həkimdən 8 tövsiyə - Uzunömürlü olmaq üçünHəkim Shigeaki Hinohara karyerası boyunca heç dayanmadan işləyib və "uzunömürlü olmaq"la bağlı çox araşdırma aparıb.

BiG.AZ bildirir ki, Dr.Shigeaki Hinohara 101 yaşında yazdığı kitabla nəinki yaponiyada, dünyada şöhrət qazanmış və kitabı ən çox satılanların siyahısına daxil olmağı bacarıb.

Doktor Shigeaki Hinoharanın 12 tövsiyəsindən bəziləri bunlardır;

1- YAXŞI QİDALANIN

"Uzun yaşayan hər kəsin -nəsli, irqi və cinsi fərq etməz- ortaq bir xüsusiyyəti var: Heç biri artıq çəkili deyil. Mən qəhvəaltında qəhvə, bir stəkan süd və içində bir qaşıq zeytun yağı olan bir az meyvə suyu içirəm. Zeytun yağı həm damarlar üçün çox faydalıdır, həm də dərini canlandırır. Günorta yeməyində isə süd və bir neçə peçenye yeyirəm. İşləyəndə isə heç bir şey yemirəm. İşimə məşğul olduğum üçün heç aclıq hiss etmirəm. Axşam yeməyində tərəvəz, bir az balıq və plov yeyirəm. Həftədə iki dəfə də 100 qram yağsız ət".

2- QISA YOLU SEÇMƏYİN

"Sağlam qalmaq üçün hər zaman pilləkənləri seçin və öz əşyalarınızı özünüz daşıyın. Mən əzələlərimi məşq etdirmək üçün pillələri iki-iki çıxıram".

3- ÖZÜNÜZÜ İŞLƏDİN

"Hər zaman gələcək üçün planlar qurun. Mənim gündəliyim indidən 2014-ə qədər (5 il sonra) dərslərlə və adi xəstəxana işlərilə dolub".

4- PEŞƏ ƏXLAQINIZ OLSUN

"Təqaüdə çıxmağa əsla ehtiyac yoxdur. Amma təqaüdə çıxmağınız lazımdırsa, bu 65 yaşından sonra olmalıdır".

5- CƏMİYYƏTƏ TÖHFƏ VERMƏYƏ DAVAM EDİN

"Çox yaşamaq gözəl bir şeydir. 60 yaşınıza qədər ailəniz üçün çalışmaq və məqsədlərinizi həyata keçirmək asandır. Amma 60-dan sonra cəmiyyətə töhfə vermək üçün çalışmalıyıq. Mən 65 yaşımdan bəri könüllü olaraq işləyirəm".

6- SAHİB OLDUĞUNUZ MƏLUMATI YAYIN

"Bildiyiniz şeyləri bölüşün. Mən ildə 100 ibtidai məktəb uşağına və 4500 iş insanına bütövlükdə 150 dərs verirəm. Ümumiyyətlə, 60 ilə 90 dəqiqə boyunca ayaqüstə durub danışıram; güclü qalmaq üçün".

7- MATERİALİZMƏ MÜQAVİMƏT GÖSTƏRİN

"Maddi şeyləri dəlicəsinə yığmayın. Unutmayın: Növbənin nə vaxt sizə gələcəyini bilmirsiniz və maddi şeyləri yanınızda aparmayacaqsız".

8- İLHAM MƏNBƏLƏRİNİZ OLSUN

"Bir model tapın, ona görə inkişaf edin. Atam 1900-cü ildə Duke Universitetinə, ABŞ-a getdi. Özü qabaqcıl düşüncəli insan idi və mənim qəhrəmanım idi. Sonra başqa həyat rəhbərləri də tapdım və nə zaman sıxılsam, bu problemlə onlar necə başa çıxardı deyə özümə soruşdum".(unikal)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3103   Tarix: 04 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767