"Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - Avropanı heyran qoyan polis komissarı - FOTOLAR

"Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - Avropanı heyran qoyan polis komissarı - FOTOLARQadının gücü də, gözəlliyi də sonsuzdur. Bu nəhəng kainatda öhdəsidən gələ bilməyəcəyi nə isə yoxdur. Bir neçə saat ərzində sosial şəbəkələrdə məşhurlaşan Almaniya komissarı, həmyerlimiz Lana kimi. Əsl adı Nurlana Atakişiyeva olan bu gənc xanımın yaxın günlərdə Almaniyanın ən reytinqli "Bild" saytına verdiyi müsahibə ölkəmizdə səs-küyə səbəb olub. Haqqında bir çox şaiələr gəzən Lana mediadan uzaq durmağa çalışsa da, qısa müsahibəyə razılıq verdi.

Həmsöhbətim Avropanın ən qlamur polisidir.

- Lana, bir çox ağzıgöyçəklərimiz deyirlər ki, bu vəzifə sizə gözəlliyinizə görə verilib. Onlara nə demək istərdiniz?

- Bu heç də belə deyil. Bu sözləri danışan adamlar Avropada təhsilin, iş tapmağın necə məsuliyyətli olduğunu bilməyən adamlardır. Onlar hardan bilsinlər ki, mən 3 il əziyyət çəkib, bu ixtisas üzrə təhsil almışam. Hazırda Berlinin Neuköln rayonunda vəzifə borcumu yerinə yetirirəm. Bura şəhərin ən təhlükəli rayonudur. Çünki dünyanın hər yerindən insan yaşayır. Əsasən də ərəblər... Son zamanlar isə rumınlar da məskunlaşıb. Demək olar ki, hər günüm riskdir.

- Almaniyaya köçməyinizin səbəbi nə idi?

- Mənim 15 yaşım olanda anam xəstəliyə düçar oldu. Atam da ağır işlərdə çalışıb, bizə baxırdı. Anamın müalicəsi daha yaxşı şərtlərdə davam etsin deyə, biz Almaniyaya gəldik. Atamsa imkanı çatdığı qədər çalışıb, bizə pul göndərirdi.

- Yeni ölkəyə öyrəşmək çox zamanınızı aldı?

- Dil bilmirdim, məktəbdə demək olar ki, dostlarım yox idi. Bir tərəfdən də anamın xəstəliyi üzürdü məni. Bəzən atamın göndərməyə pulu olmurdu. Onda qərar verdim ki, yaxşı təhsil alıb, sevdiyim bir ixtisasa yiyələnəcəm. Hər ikisini xoşbəxt edəcəm.

- Bəs ananız indi necədir?

- Bakıda yaşayanda yataq xəstəsi idi. İndi isə daim həkim nəzarətindədir, amma daha yaxşıdır. Atam da artıq yanımızdadır.

- Maraqlı ad verib sizə valideynləriniz.

- Hər ikisi Oğuz rayonundandırlar, amma mən Rusiyanın Saratov şəhərində doğulmuşam. Yəqin adım bununla əlaqəlidir.Ancaq büöv adım Nurlanadır.

- Pianoda da gözəl ifa edirsiniz.

- Təşəkkür edirəm. Biz Bakının Bayıl ərazisində yaşayırdıq. Mən 163 nömrəli orta məktəblə yanaşı, 8 illik musiqi məktəbini də bitirmişəm.

- Polis olmaq istəyən xanımlarımıza nə məsləhət görürsünüz?

- Uşaqlıqdan idmana dərin maraq göstərmişəm. Belə deyək, "əkşn" istəyirdim. İndi anlayıram ki, həyatımın ən doğru qərarı peşə seçimimdir. Sənətimi çox sevirəm. Cinsindən asılı olmayaraq, əgər təhlükəni, riski gözə ala bilməyəcəksinizsə, polis olmayın.

- Bəs gözəl bədən quruluşunuzu nəyə borclusunuz?

- Gün ərzində çox qaçıram. Bunun üçün idman salonuna getməyi gözləmirəm. Vaxt tapan kimi küçədə qaçıram. Bir də dartınma hərəkəti edirəm. Qeyri-adi sirrim yoxdur.

- Adətən, xüsusən də Avropada qadın polislər kişilərə nisbətən daha sərt xasiyyətli olurlar. Məsələn, xırda qanun pozuntusuna kişi polis hardasa göz yumursa, qadınlar dərhal cəza tətbiq edirlər. Bəs sizdə vəziyyət necədir?

- Bu situasiyadan asılıdır. Mən hər kəslə necə lazımdırsa, elə də davranıram. Qanun qarşısında hər kəs eynidir.

- Səsləndirdiyiniz digər bir fikir də müzakirələrə səbəb olub. Bəlkə aydınlıq gətirəsiniz?

- Mən demişəm ki, hazırda 29 yaşındayam. Azərbaycandakı yaşıdlarım artıq ailəli və uşaqlıdırlar. Mənsə subay olsam da, xoşbəxtəm. Yəni vaxt gələndə, ailə də quracam. Tələsmək lazım deyil. Sadəcə, fikrimi yanlış tərcümə ediblər.

- Siz həmçinin bir neçə dildə danışan polis komissarı kimi də almanların diqqət mərkəzindəsiniz.

- Bəli, rus, türk, Azərbaycan, həmçinin burada məktəb vaxtından öyrəndiyim ingilis, fransız, ən əsas da alman dilində danışıram. Çox dil bilmək Berlin kimi meqapolisdə işimi asanlaşdırır.

- Lana, sizə məsuliyyətli və təhlükəli peşənizdə yüksək zirvələr arzu edirəm.

- Təşəkkürlər.

mənbə: publika.az

"Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - Avropanı heyran qoyan polis komissarı - FOTOLAR"Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - Avropanı heyran qoyan polis komissarı - FOTOLAR"Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - Avropanı heyran qoyan polis komissarı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3623   Tarix: 26 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774