Prezidentin məmurlara tövsiyyə etdiyi "NAZ-Lifan" avtomobil zavodu bağlanır? - Heç bir məmur almır
2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etməsindən sonra bu sahəylə bağlı müzakirələr açıldı.
İki il öncə prezidentin bu çıxışı məmurlar arasında bir müddət aktual qalsa da, daha sonra heç bir əməli addım atılmadı. Belə ki, bu açıqlamadan iki il keçməsinə baxmayaraq dövlət qurumları arasında bu avtomobillərdən istifadə edən demək olar ki, yoxdur.
"NAZ-Lifan"avtomobillərini alan qurumlar sırasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" in adı çəkilir.
BiG.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ötən il verilən açıqlamaya görə nazirlik Naxçıvanın "NAZ-Lifan" zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır. Başqa heç bir məmurun istifadəsi üçün almır.
2017-ci ilinmartında isə mətbuatda Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumatverilmişdi. Buna səbəb kimi, zavodun istehsal etdiyi avtomobillərə təlabatın olmaması göstərilirdi.
Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü.
Amma rəsmi statistika bu göstərilənlərin əsassız olduğunu bir daha sübut edir. Belə ki, Naxçıvan İqtisadiyyat Nazirliyinin açıqladığı rəsmi statistikada göstərilib ki, yanvar-iyul aylarında zavodda cəmi 30 ədəd minik avtomobili yığılıb. Bu rəqəm həm də bütövlükdə 2017-ci ili əhatə edir.
Modern.az rəsmi rəqəmlərə istinadən bir daha icraçı direktor Musa Abdullayevə müraciət edib. M.Abdullayev isə bu barədə danışmaq istəmədiyini əsəbi şəkildə qeyd edib:
"Kim nə istəyir yazsın, mən şərh verməyəcəm. Nə sualınız varsa, Naxçıvan İqtisadiyyat Nazirliyinə müraciət edin".
Xatırladaq ki, zavodda 2016-cı ildə ümumilikdə 1200 avtomobil istehsalı nəzərdə tutulsa da, 270 avtomobil istehsal olunmuşdu.
Sifarişlərin artdığı vaxtda "NAZ-Lifan" avtomobili alan qurumlar sırasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları var idi.
Naxçıvan Avtomobil Zavodunda (NAZ) 8 modeldə minik avtomobilinin istehsalı nəzərdə tutulmuşdu. Bunlar "NAZ-Lifan 720", "NAZ-Lifan 820" (Premium modellər), "NAZ-Lifan 620", "NAZ-Lifan 630" (sedan modellər), "NAZ-Lifan X50" və "NAZ-Lifan X60" (SUV), "NAZ-Lifan 320" və "NAZ-Lifan 330" (mini) modelləridir.
"NAZ-Lifan 720" (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-Lifan 820" modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Onu da qeyd edək ki, NAZ avtomobillərinin ehtiyat hissələri Çinin avtomobil zavodundan gətirilirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4776 Tarix: 18 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089