Azərbaycanda gənclər və stress: Liseydə müəllimə qarşı hücum nümunəsi - PSİXOLOQDAN AÇIQLAMA

Azərbaycanda gənclər və stress: Liseydə müəllimə qarşı hücum nümunəsi - PSİXOLOQDAN AÇIQLAMASon günlər Azərbaycanda baş verən şok hadisə - İdrak Liseyində bir tələbə tərəfindən müəllimin güllələnməsi - gənclər arasında psixoloji gərginliyin artması məsələsini yenidən aktuallaşdırıb. Belə halların artmasının səbəbləri çoxşaxəlidir və həm fərdi, həm də sosial amillərlə bağlıdır. Gənclərin emosional vəziyyəti, təhsil sistemi, ailə münasibətləri, sosial media və ictimai təzyiq kimi faktorlar onların davranışlarını birbaşa təsir edə bilər. Son hadisə cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, gənclər arasında stress, narazılıq və aqressiyanın yığılmasının göstəricisi kimi qiymətləndirilir.
Azərbaycanda gənclər və stress: Liseydə müəllimə qarşı hücum nümunəsi - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, belə hadisələr əlbbətdə ki, cəmiyyət üçün çox sarsıdıcıdır və xüsusilə məktəb mühitində baş verəndə məsələni sensasiya kimi yox, psixoloji və sosial səbəblər prizmasından anlamaq vacibdir. Onun sözlərinə görə, bu cür hadisənin baş verməsində tək bir səbəb olmur, adətən bir neçə faktor üst-üstə düşür: "" Mənim corabım sənin maaşından bahadır" - cümləsindən riskli görünən ehtimallar var. Ailə tərəfindən baxış etsək, tərbiyə modeli yəni, həddindən artıq ərköyün böyütmə, sərhədsiz azadlıq, səhvlərinə görə zamanında nəticə görməmək, aqressiv ünsiyyət modelini evdə görmək və ya maddi imkanın hər şeydən üstün olması və pulun mənəvi məsuliyyəti əvəz etməsi kimi düşüncəyə sahib bir ailə mühitinin davranışından xəbər verə bilər. Əlavə ən önəmli nüans, yeniyetmənin təhlükəli alətə çıxışı olması, hansı psixoloji vəziyyət olursa olsun artıq riski kəskin artırır. İndi isə məsələyə müəllim tərəfindən baxış edək. Müəllimin yeniyetməyə qarşı çevrə içində yanlış davranışı, yanlış kəlmə istifadəsi münaqişənin böyüməsinə səbəb ola bilər. Belə ki, yeniyetmədə alçaldılma hissi, utanc, sosial rədd edilmə, gülüş doğurma, kimlik böhranı, uşağın keçid mərhələsini nəzərə almadan və empati inkişafının zəifliyindən psixoloji basqılı davranış səbəb ola bilər.

Amma burda da, yenə əsas nüans odur ki, zorakı davranış heç vaxt əsaslandırıla bilməz. Bəli, bir yeniyetmə üçün "ictimai utanc" hissi çox ağırdır. Həmyaşıdların qarşısında hörmət itkisi oğlan yeniyetmələrdə çox ağrılı yaşanır və utanc hissi tez qəzəbə çevrilərək partlayıcı reaksiya yarada bilər. Amma bu zorakı davranış göstərməyə səbəb deyil. Zorakılıq heç bir halda haqlı sayılmadığına görə, yeniyetmənin yaşına görə məsuliyyət forması dəyişə bilər, amma davranışın məsuliyyəti qalır. Günahı bir nəfərin üstünə atmaq əsl problemi gizlədir, səbəbləri araşdırmaq isə problemi azaldır. Çünki hadisə tək bir səbəbdən yaranmayıb. Zənciri araşdırdıqda hamının payına günah düşən məsələdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

12:00 166
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

13:10 157
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

00:33 596
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

19:40 80
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

17:50 135
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

00:29 743
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

11:45 173
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

17:10 133
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

15:10 149
.