Röyanın həbsdə olan qayınatası hər şeyin üstünü açdı: Sabiq nazir və... - ŞOK İFADƏLƏR

Röyanın həbsdə olan qayınatası hər şeyin üstünü açdı: Sabiq nazir və... - ŞOK İFADƏLƏR"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-ni təsis edib.

Onun sözlərinə görə, MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib, götürülən kreditlər öz ödənişi ilə vaxtında verilib.

Çingiz Cəlilov qeyd edib ki, 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başlayıb: "Yaşar Babayevin sahibi olduğu "ABU Holdinq"in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsilə də "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz Səlimlə münasibətdə olurdu".

Çingiz Cəlilov bildirib ki, qardaşı Pərviz bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib: "Biz bu təkliflə razılaşmadıq. 2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes holdinqs limited" şirkətinə güzəşt etdik".

Biznesmen qeyd edib ki, Səlim Kirman bütün şirkəti "Bank Standart"ın təşəbbüsü ilə yaranan "Bakery operatinq Company" MMC-yə kənar idarəçiliyə verib.

Təqsirləndirilən şəxs sözlərinə belə davam edib: "Səlimlə aramızda bağlanmış müqaviləyə əsasən, onun mənə olan 1 milyon 212 min manat borcumu silməli, ələvə olaraq hər ay şirkətin gəlirlərindən başqa, mənə 30 min manat şəxsi xərclərimlə bağlı ödəniş etməli idi".

Çingiz Cəlilovun ifadəsinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməyib. O bilidirib ki, Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəməli olduğu 30 min manatı da verməyib: "Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub. Səlim Kirman 2012-ci ildə mənə "Çudo Peçka" MMC-in daha da inkişaf etdirilməsini təklif etdi. Bu məqsədlə digər ailə üzvlərimin adına kredit götürülməsini məsləhət gördü. Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric orderi olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verildi. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail rayon məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimə qərar çıxardı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, 150 min manat mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesabına yönləndirilib. Bunu bank əməkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyası bankın xeyrinə qərarı dəyişdi".

Çingiz Cəlilov qeyd edib ki, 2016-cı ildə isə Binəqədi rayon məhkəməsinin qərarı ilə şirkət onlara qaytarılıb: "Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailənin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib. Səlim Kirmanın təklifi ilə mən, övladlarım və qardaşım ilə yanaşı, işçilərimin, qohumlarımın da adına kreditlər götürdük. Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazisində olan mağazalar açıldı. Həmçinin "5 Qazan" kulinariya evi işə salındı. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı".

Çingiz Çəlilovun sözlərinə görə, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib: "Bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib. Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyətilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini rellaşdırmaq üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu, bankın rəhbəri Heydər Babayevin və onun xanımının qərarı idi".

Çingiz Cəlilovun sözlərinə görə, şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza var idi, kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib.

Çingiz Cəlilov qeyd edib ki, ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib.

Qeyd edək ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Çingiz Cəlilov müğənni Röyanın keçmiş qayınatasıdır.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7503   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 145
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 168
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 402
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 166
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 165
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 186