Mister Bin faciədən qurtuldu

Mister Bin faciədən qurtuldu
Məşhur “Mister Bin” obrazının ifaçısı, ingilis komik Rouen Atkinson dramatik situasiyadan çıxıb. O, eynən Ceyms Bond kimi hərəkət edib.

“The İndependent”in yazdığına görə, Atkinsonun arvadı və iki uşağı ilə birlikdə olduğu “Cessna 202″ təyyarəsinin pilotu səmada huşunu itirib.

Atkinson təyyarəni idarə etməli olub. Faciə aktyorun ailəsi ilə birlikdə istirahət etdiyi Keniyadan qayıdarkən, uçuşda baş verib. Aktyorun özəl təyyarəsi havaya qalxandan sonra 45 dəqiqə uçub və bu zaman təyyarəçi qəflətən özünü pis hiss edərək huşunu itirib. Heç vaxt təyyarə idarə etməmiş Atkinson “Cessna”nın sükanı arxasına keçib. Aktyorun arvadı isə pilotu ayıltmaq üçün onu şapalaqlamağa başlayıb.
10-cu şapalaqdan sonra pilot birtəhər ayılıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 9013 Tarix: 07.04.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər