Görün vergilər nazirinin yeni müşaviri kim təyin olundu

Görün vergilər nazirinin yeni müşaviri kim təyin olunduAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

BiG.AZ xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

X.Abdullayev özü "APA-Economics"ə faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.

Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.

2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.

2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.

2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.

2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.

2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1556   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914