Balıqlar haqqında maraqlı məlumatlar

Balıqlar haqqında maraqlı məlumatlar• Kütləsi 15 qr –dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur.

• Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq)üzə bilir.

• Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir. Kürü tökdükdən sonra ölür. Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.

• ən böyük nərə balığı Volqa çayından tutulmuşdur. Bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur.

• Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir. Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.

• Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.

• Qərbi Avropanın çaylarında, göllərində və müxtəlif su mənbələrində qəribə balıqlar yaşayır. Sudan çıxan balıq havaya atılıb quş kimi uçur, yanlarda olan süzgəclər qanadı əvəz edir. Həmin balıq suyun üstündə üzür, havada həşərat görən kimi yuxarı sıçrayıb uçur və onu tutub yeyir.Alimlər belə güman edirlər ki, bəzən də bu balıq suda ona hücum edən yırtıcıdan özunu qorumaq üçün havaya atılır. Uçan balıqlar 200-400, bəzən isə 800 m uzununa və 6—8 m yüksəkliyə tullanır. Bu balıqlar qüvvətli quyruqlarını suya bərk vurmaqla uça bilirlər.

• Qılınc balığın uzunluğu 3 m-ə, bəzən 5,28 m-ə, çəkisi 600 kq-a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi 600 kq –a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi uzanaraq qılınc şəklində çıxıntıya çevrilmişdir. Tarixdə qilinc balığın balinaya, qayıqlara və gəmilərə hücümu az qeyd olunmamışdır. O, 1,5 m uzunluğu olan qılıncı ilə 8 sm qalınlığında gəmilərin taxta və dəmir gövdəsini dələrək zədələyə bilir. Bu qəribə balıq bəzən müasir gəmilərə də hücuma keçir, onların möhkəm zehnini zədələməyə çalışır. İngilis tankeri "Barbara" Atlantik okeanını keçdiyi zaman qılınc balıq onun möhkəm gövdəsini dəlmişdir. Çox vaxt belə hücumlardan sonra qılınc balıq özü də tələf olur.

• Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür.

• Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir.

• Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropık hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı "atıcı balıq " da adlandırırlar.

• Bələdçi balıq tropik və subtropik sularda yayılmışdır, yırtıcıdır, uzunluğu 70 sm-ə qədərdir. Onların qəribə həyat tərzi vardır. Belə ki, bu balıqlar köpək balıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpək balığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpək balıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.

• Hamıya məlimdur ki, balıqlar kürü qoymaqla çoxalır. Lakin bala doğan balıqlar da vardır. Belə balıqlara çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri aiddir.

• Bəzi balıqlar zəhərlidir. Belə balıqlar cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aıddir.

• Amazonka çayının sularında yaşayan elektrik ankvil balığının bədənində 650 volt gərginlik vardır. Bəzi balıqlar, məsələn, skat balıqları, naqqa, siyənək balığı və başqa balıqlar elektrik cərəyanından silah kimi istifadə edir. Onların batareyaları çox iri balıqları key edən və hətta öldürən elektrik cərəyanı buraxır.

• Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdağlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpək balığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.

• Durna balığı uzun ömrə malik olan balıq növüdür. Tarixdə 267 yaşı olan belə balığın ovlandığı qeyd olunmuşdur. Ağ balıq, durna balığı, karp 300 il yaşayır.

• Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.

• Alyaska və Çukotkanın dibinə qədər donan su hövzələrində qəribə balıqlar yaşayır. Onlar qışda su ilə birlikdə donub buzun arasında qalır, yayda isə donu açılır. Belə balıqlara dabanbalığı, xanı balığı aiddir.

• Çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 88921   Tarix: 02 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rent a Car Xidməti Seçərkən Nələrə Diqqət Etməliyik?

Rent a car xidməti, günümüzdə həm şəxsi, həm də işgüzar səfərlər üçün ən çox istifadə olunan nəqliyyat həllərindən biridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə rahat və sərfəli avtomobil icarəsi gündəlik həyatın vacib hissəsinə çevrilib. Lakin avtomobil kirayə edərkən bəzi vacib məqamlara diqqə

16.04.2025 304
.

Dəfn Maşını Xidməti Nə Üçün Peşəkar Olmalıdır?

Dəfn mərasimləri xüsusi həssaslıq və ehtiram tələb edən mərasimlərdən biridir. Bu prosesin təşkilində dəfn maşını xidmətinin peşəkar olması ailələr üçün həm mənəvi, həm də logistik baxımdan böyük əhəmiyyət daşıyır. Peşəkar xidmətlər mərhumun hörmətlə və təhlükəsiz şəkildə dəfn yerinə çatdırılmasını təmi

10.04.2025 352
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

14.04.2025 240
.

Ölən bəstəkarın beyni musiqi bəstələyir - İNANILMAZ

Avstraliyanın Pert şəhərində İncəsənət Qalereyasında sərgilənən qeyri-adi instalyasiya peyda olub. "The Guardian" qəzetinə istinadla yazır ki, "eksponat" dörd il əvvəl vəfat etmiş məşhur amerikalı bəstəkar Alvin Lüsyenin hücrələrindən ibarətdir. Layihənin müəllifləri bunu Dirçəli

10.04.2025 836
.

40 yaşı niyə QEYD etmək olmaz? – Cavabı TAPILDI

El arasında bəzi inanclar var ki, səbəbi konkret olaraq bilinmir, müxtəlif fikirlərə əsaslanır. BİG.AZ xəbər verir ki, bunlardan biri də "40 yaşı keçirmək olmaz" fikridir. Bu məsələ Azərbaycanda, eləcə də bəzi digər türk və müsəlman xalqları arasında yayılan inanclardan qaynaqlanır. Belə ki

15.04.2025 1018
.

Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər: Məşhur şirkətlərin məhsullarına diqqət

Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər. -ın xəbərinə görə, bu barədə " "Telegram" kanalının yazısında bəhs edilir. Bildirildiyinə görə, 42 yaşlı rusiyalı qadın demək olar, 6 ay ərzində mədə-bağırsaqla bağlı probleminin nədən qaynaqlandığını başa düşə bilməyib. Lakin həkimlə

13.04.2025 485
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.04.2025 274
.

Bu ölkələrdə velosipedlərin sayı əhalidən çoxdur - Şok statistika

Velosipedlər təkcə nəqliyyat vasitəsi deyil, həm də sağlam həyat tərzinin, ekoloji düşüncənin və müasir şəhər həyatının simvoludur. Dünyanın bir çox ölkəsində insanlar gündəlik həyatlarında avtomobildən daha çox velosipeddən istifadə edirlər. Lakin bəzi ölkələr var ki, orada velosipedlərin sayı əhalidə

13.04.2025 447
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

10.04.2025 1810
.

TOP MP3