Qənirə Paşayeva Milli Məclisdə məsələ qaldırdı

Qənirə Paşayeva Milli Məclisdə məsələ qaldırdıMillət vəkili Q.Paşayeva düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin və ölümündən sonra orden və medalla təltif olunan qəhrəman
şəhidlərimizin bölgələrdə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı MM-də məsələ qaldırıb
Millət vəkili Qənirə Paşayeva onlara verilən tapşırıqları qəhrəmancasına yerinə yetirən və düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin
xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırıb.

BiG.AZ xəbər verir ki, Millət vəkili 7 kəşfiyyatçı şəhidimizin adlarının əbədiləşməsinin və onların adına küçələrin, məktləblərin verilməsini məqbul hesab etiyini qeyd edib: "Qəhrəman şəhidlərimizin ailələri ilə görüş zamanı onlar xahiş etdilər ki, onların övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin. Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdir. "Azərbaycan Bayrağı" ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm. 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçələr, meydanlar var, bu küçə və meydanlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri üçün deyil, bütün cəmiyyətimiz üçün də vacib bir məsələdir. Cənab Prezidentin daima şəhidlərimizə və qəhrəmanlarımıza yüksək səviyyədə münasibətini xüsusi vurğulayaraq inanıram ki, 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanuna bir sıra əlavələr ediləcək və bölgələrdə küçələrə, meydanlara, məktəblərə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə ölümündən sonra bir dəfə ordenə layiq görülmüş qəhrəmanların adlarının da verilməsi qanunda öz əksini tapacaq və yaxın zamanda həyata keçəcək. Qəhrəman şəhidlərimizin ailələri Milli Məclisdə bu xahiş və təkliflərini çatdırmağımızı xahiş etdilər və biz bu təklifin əsaslı olduğunu nəzərə alaraq inanırıq ki, Milli Məclisdə qısa zamanda bu istiqamətdə addımlar atılacaq. Eyni zamanda həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfər yaralı olaraq xilas olub və həmin xəstə qardaşımıza daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini buradan səsləndirmək istəyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 18 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız toy məkanına görə sevgilisini bıçaqladı

ABŞ-ın Viskonsin ştatında 22 yaşlı qız sevgilisini bıçaqlayıb. xarici mediaya istinadla bildirir ki, buna səbəb cütlüyün toylarının yeri ilə bağlı yaranan mübahisə olub. Cütlük evlərini toy yeri kimi istifadə etməkdə mübahisə edib. Zərərçəkənin dediyinə görə, hər şey sevgilisi ilə səhər mübahisəsi il

06.02.2025 393
.

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. BİG.AZ xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilin

10:55 55
.

Xalq artistinin oğlu Mərkəzi Bankın baş direktoru oldu

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub. Mansurov Anar Eldar oğlu baş direktor vəzifəsinə təyin edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Mansurov Xalq artisti, bəstəkar Eldar Mansurovun oğludur. A.Mansurov bundan əvvəl AMB-nin Maliyyə idarəetməsi departamentini

06.02.2025 1178
.

Azərbaycan Rusiyaya nota göndərib

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-c

06.02.2025 632
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Bu barədə BİG.AZ-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Bildirilib ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb

10:22 83
.

Alim Qasımovun səhhətində problem yaranıb

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə xnəndə "İncə səhər" verilişinə müsahibəsində deyib. O bildirib ki, revmatizmdən əziyyət çəkir:. "Durduğum yerdə ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel"

10:41 91
.

Ermənistan Parlament sədrinin müavini və Niderlandın Ermənistandakı səfiri Türkiyə ilə normallaşma məsələsini müzakirə ediblər

Ermənistan Parlament sədrinin müavini və Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndə Ruben Rubinyan Niderlandın Ermənistandakı səfiri Marieke Monroy ilə görüş keçirib. xəbər verir ki, Rubinyan Niderland ilə əlaqələrin inkişafına və parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə önəm verib. O, Ermənistan-Avrop

06.02.2025 246
.

Ferdi Tayfur sərvətindən 2 övladına heç nə verməyib - Vəsiyyət açıqlandı

Yanvarın 2-də vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti açıqlanıb. Axşam.az xəbər verir ki, mərhum ifaçının var-dövlətinin bir hissəsini müxtəlif vəqflərə bağışladığı ortaya çıxıb. Vəsiyyətdə qızı Tuğçe Tayfur və oğlu Timur Turanbayburtun adının yer almaması isə diqqət çəkib. Sənətçi Yalovanı

06.02.2025 970
.

Nəzrinin atası infarkt keçirib

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb. "Unikal"a istinadən xəbər verir ki, o, infarkt keçirib. Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:. "Bir neçə gün əvvəl infarkt keçirtdim. İk

06.02.2025 660
.

TOP MP3