Özündən 14 yaş kiçik xanımla evlənən aparıcı Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"

Özündən 14 yaş kiçik xanımla evlənən aparıcı Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"BiG.AZ xəbər verir ki, "Space" telekanalının tanınmış aparıcısı Mikayıl Güləddinoğlu lent.az-a müsahibə verib.

- Aparıcılıq etdiyiniz verilişlər daim tənqid olunub. Səbəb nədir?
- O tənqid hər zaman olur. Əgər varsansa, tənqid də olunacaqsan. Hər zaman tərif olmaz ki... Hər halda bunlar ədəbi tənqidlərdi. Məsələn, bütün kütlə muğama, xalq mahnılarına qulaq asa bilməz. Hər kütlənin öz zövqü var. 6 ildir, el şənliklərinə gedirəm. Orada ən azı 300 adam olur. Ordakı hamıdan xoş sözlər eşidirəm. Bu, tək 1 gün üçün deyil. Hər zaman belədir. Ayın 20 günü toyda oluramsa, deməli, məni istəyirlər və dəvət edirlər. Məni bəyənməyənləri yalnız rəylərdə görmüşəm. Amma normal həyatda, reallıqda heç kim məni sevmədiyini deməyib. Amma istəyərdim ki, tənqidləri də eşidim.

- Bəzi müğənnilərimiz qeyd edirlər ki, Mikayıl toyxananı efirə gətirdi...
- Bununla razılaşmıram. Məsələn, xalq artisti Mənsum İbrahimov və ölkəmizdə sayılıb-seçilən digər muğam ifaçıları mənim verilişimdə iştirak edib. Hər alda əsl sənətkarlar verilişimdə olub. Hər halda Mənsum İbrahimovun qiyməti mənim üçün ölçü vahididir. Ola bilər ki, mənim "Sevimli şou" verilişimdə bir az dinamik, oynaq mahnılar olurdu. Amma "Sevimli mahnı" verilişimdə Tofiq Quliyevin, Cahangir Cahangirovun bəstələri səslənir. Məsələn, mən ötən verilişi Fikrət Əmirovun "Qarabağ" əsəri ilə başlamışdım. O vaxt Seda Sayanın, İbrahim Tatlısəsin verilişləri var idi. Gəlib tamaşaçılarla oynayırdılar. Seda Sayanın indi elə bir verilişi var. Tamaşaçılarla yallı gedir. Bunun nəyi pisdi?

- Bir çoxları iddia edir ki, tamaşaçıları pulla efirə gətirirsiniz...
- Yox, belə bir şey ola bilməz. Şübhəsi olan varsa, həftənin 1-ci günü, axşam saat 8-də "Space"in qabağında olsun. Ötən veriliş 20 nəfərə yaxın tamaşaçıya yer olmadı. Geri qayıdası oldular. Yəni onlar mənim tanıdığım adamlar və yaxud qohumlarım deyildi. Studiya yalnız 111 nəfərlikdir. Onların hamısı mənim qohumumdur? Ola bilməz.

- Elə bir müğənni varmı kİ, efirə çağırmısınız, gəlməyib?
- Hamısı sevə-sevə gəlirlər. Elə bir müğənni olmayıb. Mənim verilişimdə xalq artistləri Könül Xasıyeva, Gülyanaq Məmmədova və digər xalq və əməkdar artistləri oxuyursa, deməli, layiq bilirlər. Burada qəbahətli nə var ki? Ola bilər ki, mənim qol-qanad qaldırıb oynamağım toyxana abu-havası yaradıb. Amma indiki verilişimə bunun aidiyyəti yoxdur. "Sevimli mahnı" verilişimə indi kimsə qəbahət tutursa, razı olmuram.

- Mətbuatda belə bir xəbər dərc olunmuşdu ki, "Mikayılı toyda döydülər".
- Yox, bu günə qədər elə bir şey olmayıb. Özü də yazıblar, guya hadisə Ağcabədidə olub. Ağcabədinin Avşar kəndində bir ana əhd eləmişdi ki, oğlunun toyuna getsəm, ayağımın altında qurban kəsəcək. Bunu təkəbbür üçün demirəm. Olan bir şeydi.

- Sosial şəbəkədə yazılan tənqidlərə münasibətiniz necə olur?
- Bəlkə də bu geridəqalmışlıqdı, amma mən nə "Feysbuk", nə də "İnstagram"da varam. "WhatsApp"ı da oğlum doğulanda açdırdım ki, şəklini göndərsinlər baxım. Mənim ümumiyyətlə, başım çıxmır ki, orda necə yazmaq olur. Ömür boyu yazılanlara fikir verməmişəm.

- Sizi daima eyni geyim üslubunda görürük. Geyimlərlə bağlı kompleksiniz var?
- Mən hər zaman bu üslubda oluram. Mənə belə rahatdı. Adi həyatda da belə geyinirəm. Bu da mənim üslubumdur. Yazılı, cırıq, cinslər və sırğalar mənlik deyil. Kim nə edirsə, yaxşı edir. Mən gedib kiminsə qarşısını kəsə bilmərəm ki, niyə sırğa taxmısan? Sadəcə bu, mənim üslubuma aid deyil. Efirə cins geyinməyi xoşlamıram. Ola bilər ki, mənə yaraşmaz. İndi deyə bilərsiniz ki, 60 yaşın var, yox 38 yaşım var. Amma bu da mənim üslubumdur. Yəni ətrafım da mənim kimi geyinir. Belə pis çıxmasın, indi mən belə deyirəm, bəlkə sabah oğlum böyüdü, başına jele vurdu.

- Xalq artisti Rəmiş (Rafiq Hüseynov) açıqlama vermişdi ki, kişi xeylaqları saç rəngləməməli, sırğa taxmamalıdır.

- Mən Rəmişin dediyi sözə toxuna və dəstək verə bilmərəm. Məsələn, mən Rəhim Rəhimlini, o da məni çox istəyir. Nə onun geyiminə, nə də üslubuna toxuna bilərəm. Bəlkə sabah mənim saçım elə oldu ki, tam ağardı. Ola bilər ki, saçımı rəngləyim. Ola bilər ki, saçım da tökülsün, saç da əkdirərəm. Parik də qoyaram. 38 yaşdan sonra bilmirəm saç tökülür, yoxsa yox. Yəni mən səhnədən başqa el şənliklərinə gedirəm. İnsanın xarizması olmalıdır.

- Mikayıl Güləddinoğlu ailədə necədi?
- Bir gün onu gizli kamera ilə çəksəz, hamı gülər. Mən bu yaxınlarda "Qızım gəlin köçəcək, mən hələ yatmamışam" şeirimə klip çəkdirdim. İstədim ki, o klipdə xanımımdan başqa bütün ailə üzvlərimin görüntüsü olsun. Atamın, anamın və övladlarımın. O klipdə oğlum balaca idi. Həm də klipi çəkdirdim ki, doğmalarımdan bir yadigar qalsın. Mənim bir şüarım var. Hər günü deyib gülməklə yaşamaq lazımdır. Bu gün salam verdiyin sabah yoxdur.

- Açıqlama vermişdiniz ki, xanımınızı işləməyə qoymursunuz...
- İşləyən qadınlara da pis baxmıram. Mənim xalalarım, dayımın yoldaşı işləyir. Sadəcə, mən ailə quranda istədim ki, yoldaşım evdə uşaqlarıma baxsın. Mən özüm də, atam da həyatda tək uşaq olub. Onun nə atası, nə anası, nə də bacı-qardaşı olub. Atam kimsəsiz böyüyüb. O doğulanda anası dünyasını dəyişib. 7 yaşı olanda da atası avtomobil qəzasında ölüb. Mən də imkana görə gec ailə qurdum. Subay vaxtı dedim ki, elə bir xanımla ailə qurum, mənim çoxlu övladlarım olsun, o da onlara baxsın. İndi 3 övladım var. Sabahısı günü eşidə bilərsiniz ki, 4, 5, 6, 7 övladım var. Mən tək olmuşam, ətrafım çox olsun. Qoy onlar bir-birinə dayaq olsun. Xanımım indi işləmək istəsə, onsuz da işləyə bilməz. Çünki övladımın birinin 6, o birinin 4 yaşı var. Balacası isə 9 aylıqdır. Di gəl indi işlə (gülür). Mən köynəyimi, şalvarımı da özüm ütüləyirəm. Niyə eləməyim ki?! Xanımıma da kömək etməliyəm. O, 3 uşağa baxır. Yeri gəlsə, evimi də süpürərəm. Çünki o, yoldaşıma köməkdir. O, mənim balalarıma baxır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 13184   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi

01.04.2026 536
.

AAYDA-nın "torpaqyeyən" məmurları

Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur. xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub. Lakin bu işlərə kölgə salanlar da var. Belə ki

01.04.2026 458
.

"Google Translate"yə süni intellekt əlavə edildi

Texnologiya nəhəngi Google uzun müddətdir gözlənilən addımı ataraq Google Translate xidmətini yeni səviyyəyə yüksəldib. xarici mediaya istinadla xəbər verir ki, sistemə Gemini adlı böyük dil modeli inteqrasiya olunub. Bu yenilik sayəsində əvvəlki kimi sözbəsöz və bəzən süni səslənən tərcümələrdən imtin

01.04.2026 310
.

Rusiyada faciə: Ölən və yaralananlar var

Rusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" zavodunda baş verən partlayış və yanğın nəticəsində Nijnekamsk şəhərində üç günlük matəm elan olunub. xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev məlumat verib. Onun sözlərinə görə, bütün əyləncə tədbirləri ləğv edilib

01.04.2026 528
.

Hayfada raket sirenləri səsləndi, xəsarət alan yoxdur

İranın İsrailin şimalına yeni raket atəşi açmasından sonra Hayfada raket sirenləri səsləndi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Magen David Adomun sözlərinə görə, hücumdan sonra ölüm və ya xəsarət alma halları qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:53 163
.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə

10:23 166
.

"Banklar bizi məcbur edirlər ki, "MilliÖn"dən istifadə olunmasın"

Aparıcı İlahə Şıxlınskaya "MilliÖn" terminallarından şikayətlənib. OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb:. "Xəbəriniz var ki, artıq MilliÖn terminalları ilə bank hesabınıza qoyduğunuz istənilən məbləğdən faiz çıxılır?! Yəni tutalım, qoyduğunuz 500 manatdan əlavə üstəli

01.04.2026 606
.

Aygün Kazımovanın balaca fanatı ilə maraqlı paylaşımı

Xalq artisti Aygün Kazımova balaca fanatı ilə kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, Pop kraliça onunla birlikdə "Vəfasızlar" mahnısını duet şəklində oxuyub. Kazımova həmin anları instaqram hesabında yayımlayıb

01.04.2026 477
.

Evi həmişə təmiz saxlamaq üçün nənələrdən qalan 7 təsirli məsləhət

Ev təmizliyi mövzusunda nənələrin təcrübəsi həqiqətən əvəzolunmazdır. Məhz buna görə onların məsləhətləri nəsildən-nəslə ötürülür. bu təsirli 7 məsləhəti təqdim edir:. Meyvə və tərəvəzləri yalnız su ilə yumayın. Təmizlik şirkətinin meneceri Elizabet Şilds bildirib ki, nənəsi ona məhsulları qaba qoymağı

01.04.2026 418
.

TOP MP3