530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayət

530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayətAzərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var.

"Medicina" xəbər verir ki, eyni vəziyyətlə "Funda" hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib. Ayaz Səmədzadə şikayətində ətrafının tövsiyəsi ilə seçdiyi həkimin qəbulundan məhz analiz məsələsinə görə imtina alıb:

"Xahiş edirəm məni başa salın, bəlkə mənim bu məsələdə anlamadığım nəsə var. Dünən "Funda" hospitalda qaraciyərimi yoxlatmaq üçün Fərrux Nağıyevin qəbuluna yazıldım. Heç bir ciddi problemim yox idi, sadəcə ailəmizdə şəkər xəstələri var deyə, mən də yoxlanmaq istədim. Qəbula 50 manat ödədim, həkim məni dinlədi, kağıza 5-6 analiz yazdı ki, bunları verin. Reseption isə ümumi klinikanın yox, elə həkimin öz şöbəsinin qəbul şöbəsi idi.

Ordakı xanım ümumi 528 manat ödəməli olduğumu deyəndə buna gücüm çatmadığımı anladım və təklif etdim ki, kağızı verin, özüm Referansda, ya daha münasib yerdə verim, cavablarla gəlim. Razı olmadılar, pulumu da qaytarıb dedilər, xoş getdin. Yəni mədəni şəkildə qovuldum. Hələ də heç nə anlamıram. Dostum da həkimdir, zəng edib ona danışdım. Dedi yaxşı qurtarmısan, səni əməliyyat masasına uzatmayıblar".

Sayt məsələ ilə bağlı Fərrux Nağıyevin fikrini almaq üçün köməkçisi ilə əlaqə saxlayıb. Əsas sorğu həkim üçün məhz çalışdığı klinikada pasiyentin analiz verməsinin səbəblərini öyrənmək olsa da, həkim şikayətin harda yayımlandığını öyrənəndən sonra açıqlama verməkdən imtina verib:

"Həkim öz mövqeyini hüquq mühafizə orqanlarına bildirib. Bu məsələ ilə bağlı böhtana görə polis orqanlarına müraciət olunub. Məsələ mübahisələndirilsə, məhkəməyə müraciət olunacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

03.10.2026 176
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 111
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 173
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

03.10.2026 233
.