DYP -dən "Diqqət uşaqlar" təhlükəsizlik tədbirləri: Naryadlar təhkim olundu - RƏSMİ

DYP -dən "Diqqət uşaqlar" təhlükəsizlik tədbirləri: Naryadlar təhkim olundu - RƏSMİYeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndirilib. Artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən BiG.AZ-a məlumat verilib. Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: "Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar".

Vəziyyəti nəzərə alan yol polisi tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirlərini gücləndirib. DYP sürücülərin nəzərinə çatıdırır ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın yaranmaması, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda, təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər. Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. "Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır".

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar" adı altında təhlükəsizlik aylığına da başlanılıb. Ölkədə, o cümlədən paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur. "Diqqət, uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi də uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər,o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsivə digər zəruri tədbirlər həyata keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585